Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır.
Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?
Avtosfer.az xəbər verir ki, bu barədə "Redaktor.az"a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələr var ki, orada yay tətili qısadır:
"Məsələn, Azərbaycanda yay tətilinin qısaldılması biliklərin unudulmasını azalda bilər. Məsələn, ibtidai siniflərdə müəyyən qədər hazırlıqsız olanlar, valideyn diqqətindən kənarda qalanlar, əməyə cəlb olunanlar var ki, bunlar məktəbə gəlsələr, əlbəttə ki, onlar üçün biliklərin unudulmasının qarşısı müəyyən qədər alınar. Yəni məktəbə gələcək, məcburdur ki, təkrarlasın. Bu, tədris proqramının mənimsənilməsi imkanlarını artıra bilər. Qiymətləndirmədə layihə fəaliyyətlərinə və digər sahələrə vaxt ayırmaq üçün daha geniş imkanlar yarada bilər".
Müsahibimiz məsələnin riskli tərəflərindən də danışdı:
"Yəni tətil sadəcə keyfiyyətin artırılması üçün deyil. Burada şagirdin dincəlməsinə də ehtiyac var. Ona görə də bu məsələyə bir qədər geniş yanaşsaq, onsuz da bizim şagirdlər əksər hallarda tətil müddətində də hazırlıqlara, repetitor yanına gedirlər. O baxımdan bunun rəsmiləşdirilməsi bəlkə də abituriyentlərə və valideynlərə müəyyən fayda verə bilər. Amma burada iqlim amili də nəzərə alınmalıdır. İqlim amili əsas rol oynayır. Əlbəttə ki, burada 40 dərəcəyə qədər isti olan bölgələr var ki, orada tədrisin keyfiyyətindən belə söhbət gedə bilməz. Düşünürəm ki, həm müəllimlər, həm də şagirdlər mövcud sistemə artıq adaptasiya olunub, uyğunlaşıblar. Əgər belə bir rəsmi addımın atılması vacib hesab edilsə, o halda bunun hansı müddətdə artırılmasının məqsədəuyğun olduğu düşünülməlidir. Təbii ki, yay aylarında tədris müddətinin artırılması heç bir effekt verməz. Ona görə də yəqin ki, bu, uzun müzakirələr tələb edən və yalnız nəticələri hesablandıqdan sonra addımlar atılması lazım gələn bir məsələdir".
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












