Mənzil sahiblərinə ŞAD XƏBƏR - Bu pulu ödəməyə bilərsiniz

Son vaxtlar sakinlərin ən çox şikayət etdiyi məsələlərdən biri də bina rəhbərliyi tərəfindən hər ay mənzilin kvadratmetrinə görə komendant pulunun yığılmasıdır. Bir çox vətəndaş hesab edir ki, yüksək məbləğ ödəyib ev aldıqları halda sonradan davamlı olaraq əlavə ödəniş etmək məcburiyyətində qalırlar.
Bəs qanunvericiliyə əsasən, mənzil sahiblərindən hər ay kvadratmetrə görə komendant pulu və ya kommunal haqqı tələb oluna bilərmi?
Avtosfer.az xəbər verir ki, "Globalinfo"ya danışan vəkil Ramil Süleymanov kommunal xidmətlərlə bağlı MTK və ya MMC-lərlə sakinlər arasında bağlanan müqavilə əsas sənəddir deyib:
"Xidməti göstərən tərəf xidmət haqqını müəyyən və təqdim edir, sakinlər isə müqaviləni imzalamaqla həmin şərtlərlə, o cümlədən qiymətlə razılaşmış olurlar".
Vəkil bildirib ki, əgər sakinlərin təqdim olunan qiymətlərlə bağlı etirazları varsa, onlar ya müqaviləni imzalamaqdan imtina etməli, ya da öz təklif və qeydlərini bildirərək müqaviləni imzalaya bilərlər:
"Bununla yanaşı, sakinlər bina rəhbərliyinin müəyyən etdiyi xidmət haqları ilə razılaşmırlarsa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi şəxs yarada və binanın idarə olunmasını, o cümlədən kommunal xidmətlərin təşkilini özləri həyata keçirə bilərlər".
R.Süleymanovun sözlərinə görə, tərəflər arasında bağlanmış müqavilə əsasında xidmət haqqının hər kvadratmetrə görə müəyyən edilməsi mümkündür:
"Qeyd edim ki, qüvvədə olan qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












