Mərkəzi küçələrlə bağlı ekspertdən tənqid - Piyadalara bu lazım deyil!

Bakının bəzi mərkəzi küçə və prospektlərində səki örtüklərinin yenilənməsi işlərinə başlanılıb. Lakin təmir işlərinin bütöv deyil, yalnız müəyyən hissələr üzrə aparılması diqqətdən yayınmayıb. Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paytaxtın piyada infrastrukturundakı mövcud vəziyyətlə bağlı mühüm məqamlara toxunub.
Ekspert Heydər Əliyev prospektində, eləcə də Şixəli Qurbanov və Zivər bəy Əhmədbəyov küçələrində səkilərin yenilənməsini müsbət addım kimi dəyərləndirsə də, işlərin aparılma formasını tənqid edib:
"Piyada infrastrukturuna investisiya şəhər həyatının keyfiyyətini artıran vacib addımlardandır. Amma bir sual yaranır: niyə bu işlər fraqmental şəkildə həyata keçirilir? Niyə küçənin yalnız müəyyən hissəsi yenilənir, qalan hissəsi isə əvvəlki vəziyyətdə qalır? Niyə küçə və prospektlər piyada marşrutu kimi bütöv şəkildə, hər iki istiqamətdə təmir olunmur? Piyada üçün əsas məsələ 100-200 metrlik yaxşı səki deyil, mənzilindən təyinat nöqtəsinə qədər rahat, təhlükəsiz və fasiləsiz hərəkət edə bilməsidir. Marşrutun bir hissəsinin ideal, digər hissəsinin isə yararsız olması ümumi rahatlığı təmin etmir".
R.Ağamirzəyev vurğulayıb ki, şəhərsalma baxımından daha düzgün yanaşma küçə və prospektlərin kompleks şəkildə yenilənməsidir.
Onun sözlərinə görə, səki örtüyü ilə yanaşı bordürlər, panduslar, piyada keçidlərinə çıxışlar və dayanacaq ətrafı da vahid layihə çərçivəsində həll edilməlidir:
"Ümid edirəm ki, görülən işlər növbəti mərhələlərdə davam etdiriləcək və paytaxtın əsas küçələrində piyada infrastrukturu ayrı-ayrı hissələr üzrə deyil, bütöv marşrut prinsipi əsasında formalaşdırılacaq". (modern.az)
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












