Meteohəssaslıq nədir? - Dəyişkən hava şəraitinin psixologiyamıza təsiri

Son dövrlərdə gün ərzində və ya bir gündən bir havanın tez-tez dəyişməsi, səhər günəşli, günorta küləkli, axşam isə yağışlı və yaxudda gün ərzində leysan xarakterli yağışların müşahidə olunması insanların gündəlik əhvalına və psixoloji vəziyyətinə də təsirsiz ötüşmür. Xüsusilə temperatur fərqləri, atmosfer təzyiqinin dəyişməsi və günəş işığının azalması bəzi insanlarda yorğunluq, əsəbilik, diqqət dağınıqlığı və motivasiya azalması yarada bilir.
Maraqlıdır, gün ərzində havanın dəyişkən olması insan psixologiyasına necə təsir edir və bu dəyişikliklər ən çox hansı psixoloji hallarla özünü göstərir?
Avtosfer.az-ın məlumatına görə, psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, insan psixikası müəyyən sabitlik axtarır, sürətli, gözlənilməz dəyişikliklər təbii ki, planları pozur deyə problemlər yaradır.
Onun sözlərinə görə, xüsusilə psixi həssas insanlarda bu daha çox olur:
“Ona görə də təbiətin sabitliyi pozulduqda, bu daxili emosional sabitliyə də təsir edir. Xüsusilə son illərdə insanlar onsuz da informasiya yüklənməsi, sosial təzyiq, iqtisadi narahatlıqlar və sürətli həyat tempi səbəbindən xroniki gərginlik içində yaşayırlar. Belə bir psixoloji fonda qeyri-sabit hava şəraiti sanki insanın daxili narahatlığını daha görünən hala gətirir. İnsan özünü səbəbsiz yorğun, aqressiv və ya emosional boşluqda hiss edə bilir. Psixologiyada bununla bağlı meteohəssaslıq anlayışı da var. Bəzi insanlar hava dəyişikliklərinə daha həssas reaksiya verirlər. Bu həssaslıq xüsusilə təşviş pozuntusu, panik atak, depressiv meyillər və yüksək stress yaşayan insanlarda daha çox müşahidə olunur. Məsələn, günəşsiz və boz hava bir çox insanda motivasiya azalmasına, sosial geri çəkilməyə və ümidsizlik hissinə səbəb ola bilir. Güclü küləkli hava isə bəzi insanlarda daxili gərginliyi və əsəbiliyi artırır. Sosial baxımdan da hava insan davranışına təsir edir. Hava qeyri-sabit olduqda insanların gündəlik planları pozulur, açıq havada sosiallaşma azalır, insanlar daha çox qapalı məkanlarda qalır və bu da emosional sıxılmanı artırır. Maraqlıdır ki, cəmiyyətin ümumi emosional atmosferi də bəzən hava ilə paralel dəyişir; tutqun günlərdə insanların daha aqressiv və səbirsiz davranması təsadüfi deyil”.
Psixoloq vurğulayıb ki, insan təbiətin bir hissəsidir, bəzən havadakı qarışıqlığın insanın daxilindəki qarışıqlıqla rezonans yaratması da anlaşılan olur:
“Təbiətin dəyişkənliyi insanın daxili qeyri-müəyyənlik hissini oyadır. Ola bilsin ki, buna görə bəzi insanlar yağışlı və küləkli havalarda daha çox keçmişi düşünür, melanxoliyaya qapılır və ya öz daxilinə yönəlir. Amma hər insan bu təsiri eyni yaşamır. Bəziləri yağışlı havada sakitlik tapır, bəziləri isə günəşli havada daha enerjili olur. Bu fərq insanın psixoloji strukturu, travmaları, həyat tərzi və hətta uşaqlıq xatirələri ilə əlaqəli ola bilər. Yaxşı olardı ki, insanlar öz zəif tərəflərini bilsinlər. O zaman bu vəziyyət üzərində çalışaraq immunitet qazanar, həssas məqamlar və qeyri-sabit hava şəraiti onların həyat ritmini aşağı salmazdı”.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












