Müəllimlərin maaş artımı ilə bağlı YENİLİK

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli bildirib ki, 8-10 sentyabr tarixlərində müxtəlif səbəblərdən əvvəlki diaqnostik qiymətləndirmədə iştirak etməyən təhsilverənlər üçün proses keçiriləcək. Onun sözlərinə görə, qiymətləndirmə yalnız test imtahanı mərhələsindən ibarət olacaq. İştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas, 20 tədris metodikası və təlim strategiyaları olmaqla 60 sual təqdim ediləcək.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, 8-10 sentyabr tarixləri arasında keçiriləcək diaqnostik qiymətləndirmə əvvəlki qiymətləndirmədə iştirak etməyənlər üçün nəzərdə tutulub:

"Burada yalnız test imtahanı mərhələsi keçirilir. Qeyd olunduğu kimi, 90 dəqiqə ərzində iştirakçılara ümumilikdə 60 sual təqdim olunacaq. Təbii ki, bu prosesdə iştirak edən şəxslər faktiki olaraq təhsil müəssisələrində çalışan şəxslərdir. Yəni çalışmayan şəxslərə bu proses şamil olunmur. Məqsəd ondan ibarətdir ki, əgər dövlətdə kimlərsə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyiblərsə, sırf onların diaqnostik qiymətləndirilməsi həyata keçirilsin. Bu, sertifikasiya mərhələsi deyil, konkret olaraq diaqnostika mərhələsidir. Diaqnostik qiymətləndirmədə nəticəsi uğurlu olan şəxslərin, əlbəttə ki, əməkhaqqında müəyyən dəyişikliklər olacaq. Yəni əməkhaqqında artımlar qeydə alına bilər. Eyni zamanda, dərs bölgüsü zamanı da bu amillər nəzərə alınır".
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












