Müəllimlərin sosial rifahı nə vaxt yüksələcək? - Mövcud VƏZİYYƏT AÇIQLANDI

Azərbaycanda müəllimlərin sosial rifahı uzun illərdir diqqət mərkəzində olan məsələlərdən biridir.
Hələ də bir çox müəllim üçün gündəlik həyatın çətinlikləri öz aktuallığını qoruyur.
Maaşların yaşayış xərclərini tam qarşılamaması, əlavə sosial təminatların məhdudluğu və yüksək iş yükü müəllimlərin həm peşəyə bağlılığına, həm də şəxsi həyatına mənfi təsir göstərir.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasinda bildirib ki, sosial rifahın aşağı olması zamanla müəllimlərin psixoloji vəziyyətinə də təsir edə bilir. Eyni zamanda təhsil sisteminin ümumi keyfiyyətinə də təsir göstərir:"Nəzərə alsaq ki, müəllimlərin sosial rifahının hazırda yüksək səviyyədə olduğunu tam olaraq demək çətindir. Amma sertifikasiya prosesindən sonra bu istiqamətdə artıq müəyyən işlər görülməyə başlanılıb. Uğurlu namizədlərin əməkhaqları təxminən 35% artıb. 30 baldan yuxarı nəticə göstərənlərdə isə əsasən 10% əməkhaqqı artımı müşahidə olunur. Növbəti illərdə də düşünülür ki, ümumilikdə müəllimlərin vahid əməkhaqqı sistemi tam şəkildə formalaşdıqdan sonra onların maaşlarında əlavə artımlar edilsin. Bununla yanaşı, hesab edirəm ki, müəllimlər üçün müxtəlif güzəştlər də tətbiq olunmalıdır. Xüsusilə ipoteka sahəsində, mənzil əldə olunarkən, həmçinin müxtəlif güzəşt kartlarının təqdim edilməsi onların sosial rifahını daha da yaxşılaşdıra bilər. Gündəlik həyat xərclərini ödəmə imkanına baxdıqda hazırda demək olar ki, paytaxt məktəblərində ciddi problem müşahidə olunmur. Amma bölgə məktəblərində dərs saatlarının az olması səbəbindən müəyyən çətinliklər yarana bilər. Bu problemlərin də zamanla aradan qalxacağı gözlənilir”.
Fatimə Dadaşova
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












