Müəyyən səviyyədə problem hələ də qalır - İşsizlərin sayı açıqlandı

"Azərbaycanda hələ də müəyyən səviyyədə işsizlik problemi qalmaqdadır". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 2026-ci ildə ölkədə işsizlərin sayını göstərən statistikadan danışarkən deyib.
Ekspertin sözlərinə görə, belə statistik göstəricilər hökumətin məşğulluq proqramlarını, yeni iş yerlərinin yaradılması siyasətini və iqtisadi inkişaf strategiyalarını daha dəqiq planlaşdırmasına kömək edir:
"Parlamentdə bu cür hesabatların müzakirəsi həm hökumətin fəaliyyətinə nəzarət baxımından əhəmiyyətlidir, həm də deputatların müxtəlif sahələr üzrə problemləri qaldırmasına imkan yaradır. Belə müzakirələr nəticəsində məşğulluğun artırılması, regionlarda iş yerlərinin yaradılması və gənclərin əmək bazarına inteqrasiyası ilə bağlı yeni təkliflər irəli sürülə bilər".

Ekspert bildirib ki, ümumilikdə bu cür məlumatlar ölkənin sosial-iqtisadi vəziyyətini anlamaq və gələcəkdə işsizliyin azaldılması üçün daha effektiv addımlar atmaq baxımından vacib hesab olunur.
Akif Nəsirli hesab edir ki, Nazirlər Kabineti tərəfindən təqdim edilən və Milli Məclisdə müzakirə olunan hesabat ölkədə əmək bazarının vəziyyətini göstərən mühüm sənədlərdən biridir:
"Hesabatda işsizlərin sayının göstərilməsi iqtisadi və sosial siyasətin nəticələrini qiymətləndirmək üçün vacib məlumat sayılır".
Qeyd edək ki, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Azərbaycanda işsizlərin sayı açıqlayıb. Hesabata görə, ötən il ölkədə işsizlərin sayı 279, 1 min nəfər olub.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












