Müharibə ABŞ-də benzini rekord həddə çatdırdı

ABŞ-də benzin qiymətləri son 11 ayın ən yüksək səviyyəsinə çatıb. Amerika Avtomobil Assosiasiyasının (AAA) son məlumatlarına görə, ABŞ-də benzin qiymətləri hər qallon üzrə daha 5 sent artaraq orta hesabla 3,25 dollara yüksəlib. Bu, son 11 ayın ən yüksək göstəricisidir. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, cümə günündən bəri qiymətlərin hər qallon üçün 26 sent artması İranda baş verən müharibə və dünya neftinin təxminən 20 faizinin daşındığı strateji Hörmüz boğazının faktiki bağlanması ilə əlaqələndirilir. Qiymətlər həmçinin İranın neftlə zəngin qonşuları — Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Səudiyyə Ərəbistanındakı neft obyektlərinə cavab zərbələri endirməsindən sonra yüksəlməyə başlayıb.
Artımın böyük hissəsi son üç gün ərzində baş verib. Bununla belə, bu gün qeydə alınan 5 sentlik artım çərşənbə günü baş verən 9 sentlik və çərşənbə axşamı qeydə alınan 11 sentlik sıçrayışdan azdır. Həmin 11 sentlik artım isə 2005-ci ildə baş verən “Katrina” qasırğasından bəri ən böyük birgünlük bahalaşma olub.
Ümumilikdə isə son bir neçə gündə benzin qiymətlərinin 25 sent artması 2022-ci ilin martından — Rusiyaya Ukraynaya müdaxiləsinə görə sanksiyaların tətbiqindən sonra qeydə alınan dövrdən bəri ən böyük üçgünlük artım sayılır.
Dizel yanacağının qiymətləri isə daha sürətlə artır. Cümə axşamı gününə olan məlumata görə, dizelin orta qiyməti 12,8 sent artaraq qallon üçün 4,17 dollara çatıb. Beləliklə, son üç gündə dizel 40 sent bahalaşıb.
ABŞ-də az sayda sürücü dizel mühərrikli avtomobillərdən istifadə etsə də, yaxın həftələrdə bu artım bütün istehlakçılara təsir göstərə bilər. Çünki dizel əsasən yük maşınlarında istifadə olunur və əksər nəqliyyat şirkətləri tariflərinə yanacaq əlavəsi tətbiq edir. Dəniz daşımalarında da yanacaq rüsumları tətbiq edilir. Nəticədə malların daşınması bahalaşır və bu, istehlak qiymətlərinin artmasına səbəb ola bilər.
Dizelin bahalaşması fermerlərə də zərbə vura bilər. Çünki kənd təsərrüfatı texnikasının böyük hissəsi dizellə işləyir və hazırda ABŞ-də yaz əkin mövsümünə hazırlıq dövrüdür. Bundan əlavə, ölkənin şimal-şərq bölgələrində evlərini mazutla qızdıran ev sahibləri də bahalaşmadan təsirlənə bilər, çünki mazut faktiki olaraq dizellə eyni məhsuldur.
Topdansatış qaz qiymətləri, eləcə də neft bazarının iki əsas göstəricisi olan West Texas Intermediate (WTI) və Brent markalı neftin qiymətləri də bu gün ticarətin əvvəlində bir qədər artım göstərib.
DİN-dən skuter və velosiped sürücülərinə çağırış niyə vacibdir? - ŞƏRH
Azərbaycanda timsah var? - AÇIQLAMA - FOTO - VİDEO
Göyçayda güclü külək ağacları avtomobilin və evin üzərinə aşırdı – VİDEO
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb - FOTOLAR
Ən çox hansı saatlarda taksi çağırılır? – Cavab təəccübləndirəcək
Azərbaycanda yağıntılı hava nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ
Mobil telefonla bağlı daha bir qadağa
Azərbaycanın ən təhsilli və ən təhsilsiz RAYONLARI - SİYAHI
Yeni tikilən binadan ev almaq istəyənlərə XƏBƏRDARLIQ
"Küçələr bərbad vəziyyətdədir" - Sakinlərin yol dərdi - VİDEO
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ










