Niyə bildiyimiz məlumatları unuduruq? - AÇIQLAMA

Psixoloq informasiya yorğunluğunu göstərən beş əsas əlaməti açıqlayıb.
Avtosfer.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə “Qazeta.ru”ya psixoloq, Dementia.net sosial layihəsinin eksperti Natalya Mokiçeva danışıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək və davamlı informasiya axını insan psixikasının tükənməsinə səbəb ola bilər.
Psixoloq bildirib ki, ilk əlamət sosial şəbəkə lentini izlədikdən sonra yaranan fiziki yorğunluqdur:
“İnsan yarım gün telefonda vaxt keçirir, amma özünü sanki ağır fiziki iş görmüş kimi hiss edir. Beyin narahatlığı idarə etməyə və çoxsaylı siqnalları emal etməyə enerji sərf edir”, – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, ikinci əlamət yeni oxunan məlumatın dərhal unudulmasıdır. O bildirib ki, insan xəbəri və ya paylaşımı oxusa da, bir neçə dəqiqə sonra məzmununu xatırlamır. Bunun səbəbi yaddaş problemi deyil, beynin artıq informasiya ilə yüklənməsidir.
Natalya Mokiçeva əlavə edib ki, sadə qərarlar verməkdə çətinlik çəkmək də informasiya tükənməsinin əlamətlərindəndir:
“İnsan kafedə menyudan seçim edə bilmir, hansı filmə baxacağını və ya ev işinə haradan başlayacağını uzun müddət düşünür. Çünki beynin əsas enerjisi xəbərlərin emalına sərf olunub”, – deyə psixoloq vurğulayıb.
Onun sözlərinə görə, digər əlamətlər emosional boşluq hissi və vacib nəyisə qaçırmaq qorxusundan yaranan davamlı gərginlikdir.
Psixoloq qeyd edib ki, insan beyni eyni anda bir neçə mürəkkəb düşüncə prosesini effektiv şəkildə idarə edə bilmir. Bu səbəbdən tez-tez informasiya dəyişimi yorğunluğu və narahatlığı artırır.
Mütəxəssis belə hallarda sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoymağı tövsiyə edib. O bildirib ki, gün ərzində yalnız iki dəfə, təxminən 20 dəqiqə informasiya lentinə baxmaq beynin yüklənməsini azaltmağa kömək edə bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












