Niyə evlənənlər azalıb? - Gənc qızlar ... - VİDEO

Yanvar ayında nikahların və boşanmaların sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir. Belə ki, Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələrində 2026-cı ilin ilk ayında 2 922 nikah və 1 779 boşanma halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 5.4-dən 3.4-ə, boşanmaların sayı isə 2.1-dən 2-yə enib.
Avtosfer.az-ın məlumatına görə, sosioloq Lalə Mehralı Baku TV-yə bildirib ki, gənclərin ailə qurmaqdan çəkinməsinin müxtəlif sosial-iqtisadi səbəbləri var:
"Paytaxtda yaşayan gənclər üçün əsas maneə mənzil problemidir. Gənc qızlar çox vaxt evi olmayan oğlanlara şans vermirlər. Bölgələrdə isə mənzil və torpaq məsələsi o qədər kəskin olmasa da, işsizlik və gəlir səviyyəsinin aşağı olması əsas problemdir".
Ekspertin fikrincə, dövlət tərəfindən yeni evlənən gənclərə dəstək məqsədilə aşağı faizli kreditlər və sosial evlər layihəsi kimi xüsusi proqramlar tətbiq oluna bilər.
Bundan əlavə, 2026-cı ilin yanvar ayında ölkədə 6 243 ölüm halı qeydə alınıb. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən göstəricinin 6.6-dan 7.2-yə yüksəlməsi deməkdir. Beləliklə, rəsmi statistika göstərir ki, ilin ilk ayında həm nikahların, həm də boşanmaların sayında azalma müşahidə olunsa da, ölüm hallarının artması demoqrafik mənzərədə diqqətçəkən əsas məqamlardan biri kimi önə çıxır. Mütəxəssislər hesab edirlər ki, bu tendensiyalar sosial-iqtisadi amillər, ailə institutuna yanaşma və ümumi həyat şəraiti ilə birbaşa bağlıdır.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












