Onları da əsgər aparacaqlar - Rəsmi AÇIQLAMA

Onurğa əyriliyinin müəyyən növləri və dərəcələri olan vətəndaşlar hərbi xidmətə yararlı hesab edilirlər. Bu zaman skolioz və kifozun mərhələsi nəzərə alınır.
Bu barədə Avtosfer.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, skolioz və kifozun mərhələsi rentgenoqramlar əsasında, V.D. Çaklinin müəyyən etdiyi Kobb bucaqlarının hesablanması ilə təyin edilir.
Qeyd olunub ki, 1-ci dərəcəli skoliozu (Kobb bucağı 10 dərəcəyədək), eləcə də 1-ci və 2-ci dərəcəli kifozu (Kobb bucağı 50 dərəcəyədək) olan vətəndaşlar hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən hərbi xidmətə yararlı hesab edilirlər.
Xidmətdən verilən məlumata görə, başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilərkən təsbit olunmuş rotasiyanın müşahidə edilmədiyi onurğanın yana əyriliyi də həqiqi struktur skoliozu kimi qiymətləndirilmir.
Belə əyrilik qamət skoliozu adlanır. Uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğa rentgenoqramında əyriliyin düzəlməsi bu halın əsas əlamətlərindəndir. Qamət skoliozu olan şəxslər də hərbi xidmətə yararlı hesab edilirlər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












