Özəl və dövlət məktəbləri arasında hansı keyfiyyət fərqi var? - Ekspert AÇIQLADI

Son illər təhsil mövzusunda debatlarda ən çox qabardılan məsələlərdən biri özəl və dövlət məktəbləri arasında keyfiyyət fərqinin olub-olmamasıdır. Bir qrup valideyn hesab edir ki, özəl məktəblər daha müasir infrastruktur, fərdi yanaşma və əlavə imkanlar təqdim edir. Digər tərəfdən, dövlət məktəblərinin daha geniş əhatə dairəsi, əlçatanlıq və illərlə formalaşmış ənənəsi əsas arqument kimi göstərilir.
Avtosfer.az xəbər verir ki, hazırda valideynlərin bir hissəsi övladını özəl məktəbə yönləndirərək daha yüksək nəticə və fərdi diqqət gözləyir, digərləri isə dövlət məktəblərinin kifayət qədər potensiala malik olduğunu düşünür. Bu seçim fərdi imkanlar, sosial status, müəllim heyətinə inam və məktəbin yerləşdiyi mühit kimi amillərlə də sıx bağlıdır. Görəsən özəl və dövlət məktəbləri arasında keyfiyyət fərqi varmı?
Bununla bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, özəl və dövlət məktəbləri arasında keyfiyyət fərqi əlbəttə ki, var:

“Bunu bütün özəl və bütün dövlət məktəblərinə aid etmək doğru olmaz. Elə təhsil müəssisələri var ki, dövlət məktəblərində keyfiyyət özəllilərlə bərabər, hətta bəzilərində onlardan da yüksəkdir. Lakin ümumi balans götürüldükdə, dövlət təhsil müəssisələri müəyyən mənada özəl məktəblərdən bir qədər geridə qalır. Bizim üçün vacib olan həm dövlət, həm də özəl təhsil müəssisələri arasında ümumi rəqabətin olmasıdır. Özəl məktəblər əsasən bir-biri ilə rəqabət aparır, lakin istər-istəməz dövlət məktəbləri də bu prosesə qoşulur. Ümumilikdə rəqabətin mövcudluğu təhsilin, təlim və tərbiyənin keyfiyyətinə müsbət təsir göstərə bilər. Hazırkı vəziyyətdə özəl təhsil müəssisələrinin keyfiyyət üstünlüyü əsasən təhlükəsizliyin təmin olunması, pedaqoji heyətin formalaşdırılması, beynəlxalq proqramlara qoşulma imkanları ilə bağlıdır. Bu proqramlar vasitəsilə şagirdlər xarici ölkə universitetlərinə qəbul şansı qazana bilirlər. Bəzi özəl məktəblərdə SAT və IELTS istiqamətində hazırlıq da təşkil olunur”.
Ekspertin sözlərinə görə, infrastruktur baxımından da özəl məktəblər dövlət məktəbləri ilə müqayisədə daha üstün hesab olunur:
“Dövlət məktəblərində isə əsas sistem problemlərindən biri maddi-texniki infrastrukturun özəllərlə müqayisədə daha zəif olmasıdır. Təhlükəsizlik qaydalarının tətbiqi də bəzi hallarda özəl məktəblərdəki səviyyədə deyil. Həmçinin beynəlxalq proqramlara qoşulma imkanları dövlət məktəblərinin əksəriyyətində mövcud deyil, yalnız məhdud sayda müəssisələr bu imkandan yararlana bilir. Bununla belə, elə dövlət məktəbləri var ki, burada şagirdlərin nəticələri və təhsil göstəriciləri kifayət qədər yüksəkdir. Eyni zamanda, pedaqoji heyət güclüdür və bir çox hallarda özəl məktəblərdə çalışan müəllimlərin əksəriyyəti məhz dövlət məktəblərində formalaşmış kadrlardır. Ümumilikdə, fərq əsasən infrastruktur, təhlükəsizlik və beynəlxalq imkanlar sahəsində özünü göstərir”.
Nurcan Babək
"Yol bərbad gündədir" - Sakinlər çətin vəziyyətdə - VİDEO
Pulun 3 faizini ödə, sənədsiz evə çıxarış al - Deputatın bu təklifi ilə...
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü










