Pasport şəklini telefonda saxlamayın - XƏBƏRDARLIQ

Mütəxəssislər mühüm sənədlərin, xüsusilə də pasportun şəkillərinin telefonda saxlanılmasının ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, hüquqşünas Anton Klyuçkonun sözlərinə görə, belə məlumatlar dələduzların əlinə keçərsə, onlar süni intellektdən istifadə edərək saxta şəxsiyyət təsdiqi yarada və zərərçəkənin xəbəri olmadan onun adına onlayn kredit rəsmiləşdirə bilərlər.
Ekspert bildirir ki, telefonun oğurlanması, messencer hesablarının sındırılması və ya bulud yaddaşına icazəsiz giriş nəticəsində pasport şəkilləri üçüncü şəxslərin əlinə keçə bilər. Bu isə maliyyə fırıldaqları riskini artırır.
Belə hallarda zərərçəkən şəxsin adına borclar yarana, kredit tarixçəsi zədələnə bilər. Hüquqşünas tövsiyə edir ki, belə bir vəziyyətlə qarşılaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etsin, kredit təşkilatından müqavilənin etibarsız sayılmasını tələb etsin, nəticə əldə olunmadıqda isə məsələni məhkəmə qaydasında həll etsinlər.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












