Paytaxtda təhlükə saçan binalar: Aqlay daşları niyə qopur? - VİDEO

Paytaxt ərazisindəki bəzi çoxmərtəbəli yaşayış binalarının üzərinə vurulan ağır çəkili aqlay daşları artıq estetik görüntüdən çox, təhlükə mənbəyinə çevrilib.
Avtosfer.az-ın Baku TV-ya istinadən xəbərinə görə, son illərdə binalardan qopan bu daşlar avtomobillərə və əmlaklara ziyan vurub, hətta insan ölümünə də səbəb olub.
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində baş verən analoji hadisə zamanı isə çoxmərtəbəli yaşayış binasının aqlay daşları gecə saatlarında avtomobillərin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib.
"Bir dəfə də belə hal yaşanıb. Aqlay daşları qadının üstünə düşdü, yaralandı. Bu bina təhlükəlidir", - deyə sakin hadisə ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Sual yaranır: bu üzlüklərdən istifadə zamanı təhlükəsizlik standartları necə olmalıdır? Axı bir daşın qopması saniyələr içində insan həyatını alt-üst edə bilər.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, tikintisinə icazə tələb olunan yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirilməsi zamanı şəhərsalma əsaslandırılması hazırlanır və normativlərə uyğun olaraq fasad təsdiqlənir. Qeyd olunan məsələ isə FHN-in səlahiyyətlərinə aid deyil.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












