Pensiya artımı ilə bağlı müjdəli AÇIQLAMA

Azərbaycanda pensiyaçıları ən çox maraqlandıran məsələlərdən biri də il ərzində ödənişlərin yenidən artırılıb-artırılmayacağı ilə bağlıdır. Cari ilin fevral ayında həyata keçirilən 9.3 faizlik ümumi indeksasiyadan sonra, vətəndaşlar ilin ikinci yarısında növbəti artımların olub-olmayacağını yaxından izləyir. Qanunvericiliyin tələbləri və mövcud iqtisadi mexanizmlər fonunda bu suala aydınlıq gətirmək, həmçinin fərdi artım imkanlarını nəzərdən keçirmək böyük əhəmiyyət kəsb edir.
Avtosfer.az xəbər verir ki, demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələdə səlahiyyət həm Milli Məclisə, həm Nazirlər Kabinetinə, həm də prezident fərmanlarına aid olan qərar mexanizmlərinə bağlıdır:
“Yəni təqaüdlərin artırılması ilə bağlı qərarlar məhz dövlətin maliyyə və sosial siyasəti çərçivəsində formalaşdırılır və yekun qərar həmin qurumların səlahiyyətində olur. Bir məsələ isə demək olar ki, dəqiqdir. Gözləntilərə əsasən, iyun ayının əvvəlində dövlət büdcəsinə əlavələr və dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Bu da hər il müəyyən iqtisadi göstəricilər, gəlirlər və sosial xərclər nəzərə alınaraq həyata keçirilən proseslərdən biridir. Hazırda belə bir ehtimal kifayət qədər yüksək qiymətləndirilir. Əgər büdcəyə ediləcək həmin əlavələr və dəyişikliklər zamanı sosial sahəyə, xüsusilə də təqaüdlərlə bağlı əlavə vəsait ayrılması barədə qərar qəbul olunarsa, o zaman ilin ikinci yarısında təqaüdlərin yenidən artırılması mümkün ola bilər. Yəni burada əsas məqam dövlət büdcəsinə yenidən baxılması və sosial istiqamətdə hansı qərarların veriləcəyidir. Nəticə etibarilə, təqaüdlərin artırılıb-artırılmaması parlamentdə büdcə müzakirələri zamanı qəbul ediləcək qərarlardan, eləcə də dövlətin maliyyə imkanları və sosial siyasət prioritetlərindən birbaşa asılı olacaq.”
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












