Pensiyaçıların NƏZƏRİNƏ!

Azərbaycanda işləyən pensiyaçıların sayı açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, aprel ayına dair rəsmi statistik hesabata əsasən, əmək pensiyası alan və işləməyə davam edən şəxslərin sayı 152 min 352 nəfər olub. Qeyd edilib ki, onların 105 min 20 nəfəri yaşa görə, 41 min 667 nəfəri əlilliyə görə, 5 min 665 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alan şəxslərdir.
Pensiya alan şəxsin işləməsi onun sosial təminat hüquqlarına və ya gələcək pensiya hesablanmasına necə təsir edir?
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycanda pensiya alan şəxsin işləməyə davam etməsi onun həm cari pensiya ödənişlərinə, həm də gələcəkdə alacağı pensiya məbləğinin artmasına birbaşa təsir göstərir:
““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, işləyən pensiyaçılara yaşa görə əmək pensiyası (və ya onun sığorta hissəsi) tam məbləğdə ödənilir. Yəni, işləmək pensiyanın kəsilməsinə və ya məbləğinin azalmasına səbəb olmur. Əlilliyə görə pensiya alan şəxslər işlədikdə də pensiyalarını tam məbləğdə alırlar. Ailə başçısını itirməyə görə pensiya alan şəxslər işlədikdə də pensiya tam məbləğdə ödənilir. Lakin dövlət qulluqçuları, hərbi qulluqçular və s. kimi qulluq stajına görə əlavələr alan şəxslər öz vəzifələrində çalışmaqda davam etdikdə, qulluq stajına görə əlavələrin 50 faizi ödənilir”.
O deyib ki, işləyən pensiyaçının əməkhaqqından ödənilən sosial sığorta haqları onun fərdi hesabında toplanmağa davam edir:
“İşləyən pensiyaçılar həm pensiyaçı, həm də işçi kimi bütün sosial hüquqlara malikdirlər. Onların işlədiyi dövr sığorta stajına daxil edilir və bu dövrdə yaranan bütün əmək hüquqları (məzuniyyət, xəstəlik vərəqəsi və s.) qorunur. Azərbaycanda pensiyaçıların işləməsi onların pensiyasının azalmasına deyil, əksinə, hər 6 ildən bir və ya işdən çıxdıqda pensiya məbləğinin artmasına gətirib çıxarır”.
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?
Bu kəndə avtomobillə girmək qadağandır - FOTO
Qadınların C kateqoriyası almasına gizli qadağa var? - AÇIQLAMA
Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Marketlərdə sellofan paketlərin qiyməti niyə artırılıb? - RƏSMİ










