Pensiyalar yenə artacaq? - AÇIQLAMA

2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib. Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub.
Avtosfer.az xəbər verir ki, pensiya məbləğindən asılı olaraq vətəndaşların aylıq gəlirində orta hesabla 40–50 manat artım qeydə alınıb.
Məsələn, 500 manat civarında pensiya alan şəxslərin aylıq ödənişində təxminən 45 manat artım müşahidə olunur.
Bununla yanaşı, artım bütün növ əmək pensiyalarını əhatə edir. Ölkə rəsmiləri bunu əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan növbəti uğurlu addım kimi qiymətləndirirlər.
Son artımlardan sonra ölkədə orta aylıq pensiya məbləği 580 manatdan çoxdur. Yaşa görə pensiya alan vətəndaşlar üçün isə bu göstərici daha yüksəkdir.
Bəs pensiyalar yenə arta bilərmi?
ABŞ-İsrail-İran müharibəsinin fonunda neftin qiymətinin kəskin artması bu ehtimalı yenidən gündəmə gətirib.
Ekspert A.Zeynalov açıqlamasında hazırda bu məsələnin gündəmdə olmadığını bildirib:
“Müharibə uzun müddət davam etsə və neftin qiyməti bir qədər də bahalaşsa, bu məsələ ilin ikinci yarısında müzakirə oluna bilər”. (Metbuat.az)
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












