Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR: İyulun 1-dən etibarən ...

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı növbəti dəfə artırılacaq. Bununla da qadınlar üçün müəyyən edilmiş yaş həddi 64 il 6 aydan 65 yaşa çatdırılacaq və ilk dəfə olaraq qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək.
Dəyişiklik “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir. Qanuna görə, azı 25 il sığorta stajına malik qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılır. Bu proses mərhələli şəkildə həyata keçirilib və 2026-cı il iyulun 1-də yekunlaşacaq. Beləliklə, 2024-cü ilin iyulunda qadınların pensiya yaşı 64-ə, 2025-ci ilin iyulunda 64 il 6 aya çatdırılmışdı. Kişilər üçün pensiya yaşı isə əvvəlki kimi 65 yaş olaraq qalır.
Qeyd edək ki, qadınların pensiya yaşının artırılması son illərdə cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Mövzu ilə bağlı diqqət çəkən məqamlardan biri orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.
Rəsmi statistikaya əsasən, Azərbaycanda qadınların orta ömür uzunluğu 78,4 ildir. Bu göstərici nəzərə alındıqda, qadınlar orta hesabla təxminən 13,6 il pensiya almaq imkanına malik olurlar. Bəzi ekspertlər hesab edir ki, bu müddət bir sıra Avropa ölkələri ilə müqayisədə daha qısadır və pensiya siyasəti müəyyən edilərkən bu amil də nəzərə alınmalıdır.
Hökumət isə pensiya yaşının artırılmasını demoqrafik dəyişikliklər, əhalinin yaşlanması və pensiya sisteminin maliyyə dayanıqlığının qorunması zərurəti ilə əsaslandırır. Qeyd olunur ki, orta ömür uzunluğunun artması və əmək bazarındakı dəyişikliklər pensiya sistemində bu cür islahatları qaçılmaz edir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, ölkədə 2017-ci ildə edilən dəyişikliklə kişilər və qadınlar üçün pensiya yaşının mərhələli şəkildə eyniləşdirilməsi və 65 yaşa çatdırılması qərara alınıb.
Ekspert qeyd edib ki, pensiya yaşının artırılması əsasən dövlət büdcəsinə düşən yükün optimallaşdırılması məqsədi daşıyır :“Son illərdə insanların orta ömür müddətinin artması fonunda pensiya xərclərinin yeni demoqrafik reallıqlara uyğunlaşdırılmasına cəhd edilir. İnkişaf etmiş və Qərb ölkələrinin əksəriyyətində də pensiya yaşı 65-dir. Lakin burada əsas fərq gözlənilən ömür uzunluğunda ortaya çıxır. Belə ki, həmin ölkələrdə pensiya yaşı 65 olsa da, əhalinin gözlənilən ömür müddəti adətən 81-82 yaşdan və ya daha yüksək göstəricilərdən ibarətdir”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür müddəti 78,4, kişilər üçün 73,6 yaşdır, ümumi orta göstərici isə təxminən 76 yaş təşkil edir:“Pensiya yaşı eyni olsa da, gözlənilən ömür müddəti arasındakı fərq pensiyaya çıxan insanların daha qısa müddət pensiya almasına gətirib çıxarır. Pensiya yaşının artırılması gələcəyə hesablanmış addımdır. Statistik göstəricilər insanların həyat keyfiyyətinin yaxşılaşdığını, səhiyyə və sosial təminat imkanlarının genişləndiyini, bunun da orta ömür müddətinin yüksəlməsinə səbəb olduğunu göstərir”.
Bununla yanaşı, ekspert pensiya hesablamaları metodikasına yenidən baxılmasının vacibliyini də vurğulayıb:“Hazırkı qanunvericilikdə pensiya məbləği hesablanarkən gözlənilən orta pensiyaalma müddəti təxminən 11 il götürülür. Bu da orta gözlənilən ömür müddətinin 76, pensiyaya çıxma yaşının isə 65 olması ilə əlaqədardır. Əgər pensiya hesablamaları zamanı istifadə olunan metodika dəyişdirilərsə və daha qısa müddət əsas götürülərsə, bu, vətəndaşların daha yüksək məbləğdə pensiya almasına imkan yarada bilər. Bu məsələ gələcəkdə pensiya sisteminin təkmilləşdirilməsi baxımından müzakirə edilə biləcək istiqamətlərdən biridir”.
Bəzi ölkələrdə qadınların pensiya yaşı və orta ömür uzunluğu aşağıdakı kimidir:
|
Ölkə |
Pensiya yaşı |
Orta ömür uzunluğu |
|---|---|---|
|
Azərbaycan |
64,6 yaş |
78,4 il |
|
Türkiyə |
58 yaş |
81,4 il |
|
Ermənistan |
63 yaş |
78,6 il |
|
Rusiya |
60 yaş |
76,2 il |
|
Gürcüstan |
60 yaş |
77,3 il |
|
İran |
55 yaş |
77,3 il |
|
Fransa |
64 yaş |
85,3 il |
|
Almaniya |
66 yaş |
83,5 il |
|
İtaliya |
67 yaş |
85,4 il |
|
İspaniya |
66 yaş 6 ay |
86,1 il |
|
Böyük |
66 yaş |
83,1 il |
|
İsveç |
65 yaş |
84,7 il |
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












