Qızların və oğlanların favorit universitetləri AÇIQLANIB

Ali təhsil müəssisələrinə qəbulun gender göstəriciləri göstərir ki, qəbul zamanı qızlar və oğlanlar bəzi universitetlərə daha çox üstünlük verir. Avtosfer.az bunu DİM-in "Abituriyent" jurnalının 12-ci nömrəsi əsasında "Trend.az" müxbiri müəyyən edib.
"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Türkiyə-Azərbaycan Universiteti və Azərbaycan İlahiyyat İnstitutuna qəbul olanların böyük əksəriyyətini oğlan abituriyentlər təşkil edir.
Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında isə qəbul olunanların əksəriyyəti qız abituriyentlərdir" - müxbirinin nəzərdən keçirdiyi həmin nəşrdən belə görünür.
Bir sıra universitetlərdə isə oğlan və qız tələbələrin sayı bir-birinə yaxındır. Bu qrupa Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Kooperasiya Universiteti, ADA Universiteti və Bakı Xoreoqrafiya Akademiyası daxildir, - bu da jurnalda yer alan məlumatlardır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












