Quru sərhədlər açıldı? - RƏSMİ AÇIQLAMA

Xarici ölkələrə avtomobillə yollanan 131 min nəfərin kimliyi məlum olandan sonra bütün suallara nöqtə qoyuldu. Dövlət Statistika Komitəsinin son hesabatında yer alan rəqəmlər quru sərhədlərinin açılması ilə bağlı ümidləri yenidən alovlandırsa da, qurumun izahatı vəziyyəti tamamilə dəyişdi. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xaricə gedənlərin sayı 452,6 min nəfər təşkil edib. Səfər edənlərin 29 faizinin, yəni təxminən 131 min nəfərin dəmir yolu və avtomobil nəqliyyatından istifadə etməsi ictimaiyyətdə ciddi suallar doğurub. Quru sərhədlərinin bağlı qaldığı bir vaxtda bu qədər insanın ölkəni necə tərk etdiyi maraq mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı "Globalinfo" rəsmi mövqe öyrənib. Məlum olub ki, bu göstəricilər kütləvi gediş-gəlişi deyil, xüsusi təyinatlı səfərləri əks etdirir. Dövlət Statistika Komitəsi bildirib ki, statistikada qeyd olunan həmin şəxslər ixrac yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücüləri və həmin yükləri rəsmi şəkildə müşayiət edən şəxslərdir. Beləliklə, avtomobillə xaricə çıxanların böyük əksəriyyəti beynəlxalq yükdaşımalarla məşğul olan peşəkarlardır.
Yəni, quru sərhədlərinin bağlı olmasına baxmayaraq, xaricə avtomobillə gedənlər kimi təqdim edilən minlərlə şəxs sadəcə yük daşıyan böyük maşınların sürücüləri və onlara kömək edən işçilərdir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












