Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO

Bölgələrdə, xüsusilə, kənd yerlərində fərdi yaşayış evlərinin sənədləşdirilməsi hələ də ciddi problem olaraq qalır. Sakinlər evlərinə çıxarış ala bilmədikləri üçün onları qanuni şəkildə rəsmiləşdirə bilmir, nəticədə isə alqı-satqı və mülkiyyət hüququnun ötürülməsi zamanı müxtəlif çətinliklərlə üzləşirlər. Avtosfer.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, daşınmaz əmlakla bağlı əksər hüquqi əməliyyatların həyata keçirilməsi üçün çıxarışın olması vacibdir.
O bildirib ki, mülkiyyətin bir şəxsdən digərinə keçirilməsi, alqı-satqı, bağışlama, girov, vərəsəlik və digər əməliyyatların aparılması yalnız rəsmi çıxarış əsasında mümkündür. Lakin kənd yerlərində evlərin çıxarışının olmaması bu sahədə ciddi problemlər yaradır. Ekspert qeyd edir ki, mövcud çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən sistemli və əsaslı tədbirlərin görülməsi zəruridir. Onun fikrincə, problemin effektiv həlli yalnız kompleks yanaşma və davamlı tədbirlərin həyata keçirilməsi ilə mümkün ola bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












