Rəhbərlik niyə evdən işləməyə İCAZƏ VERMİR?

Mütəxəssislərin apardığı yeni araşdırma bəzi rəhbərlərin əməkdaşların işi məsafədən görə bilməsinə baxmayaraq onları mütləq ofisdən işləməyə məcbur etməsinin səbəblərini üzə çıxarıb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, tədqiqatlar narsistik xüsusiyyətlərə malik, yəni özünü digərlərindən üstün görməyə və hakimiyyət hissinə daha çox meyilli rəhbərlərin məsafədən işləməyə daha çox qarşı çıxdığını üzə çıxardıb. Bunun əsas səbəbi isə uzaqdan işləmə modelinin onların nüfuz və hakimiyyət hissini zəiflətməsidir. Mütəxəssislərin aparıcı şirkətlər arasında keçirdiyi araşdırma göstərib ki, əməkdaşları məcburi şəkildə tam ştat ofisə qaytaran şirkətlər nə maliyyə nəticələrində, nə də bazar dəyərində ciddi üstünlük əldə ediblər. Bunun əvəzində işçilərin məmnunluq səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunub.
Araşdırmaçılar hesab edirlər ki, həm işəgötürənlərin, həm də əməkdaşların maraqlarını ən yaxşı şəkildə təmin edən model həftənin iki-üç gününü ofisdə, qalan günlərini isə evdən işləməyi nəzərdə tutan hibrid iş rejimidir.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












