Sabah geomaqnit qasırğası gözlənilir - Günəş küləyi güclənəcək

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava şəraiti ilə bağlı növbəti proqnozunu açıqlayıb.
Avtosfer.az xəbər verir ki, rəsədxanadan bildirilib ki, hazırda Günəş fəallığı zəifləyib. Qeyd olunub ki, ən güclü alışma 4491 nömrəli ləkə regionunda qeydə alınan C8.9 sinifli alışma olub. Həmçinin Günəşdə tac kütlə atılmaları müşahidə edilib.
Hazırda Günəşin səthində 3 ləkə qrupunda ümumilikdə 44 ləkə və meridional tac dəliyi müşahidə olunur.
Məlumata görə, C sinifli alışmanın baş vermə ehtimalı 65 faiz, M sinifli alışmanın ehtimalı 15 faiz, X sinifli alışmanın ehtimalı isə cəmi 1 faizdir.
Bundan başqa, enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerjili proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Rəsədxana bildirir ki, mənfi qütblü tac dəliyi axınlarının təsiri nəticəsində Günəş küləyinin sürəti artacaq. Bunun fonunda iyulun 22-də geomaqnit sahəsinin intensivliyinin G1 səviyyəsinə, yəni zəif geomaqnit qasırğası səviyyəsinə qədər yüksəlməsi ehtimal olunur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












