Sahibkarın özbaşınalığının qarşısını qurum işçiləri aldı - FOTO - YENİLƏNİB

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə , piyada səkisi əvvəlki vəziyyətinə qaytarılaraq ümumi istifadəyə verilib.
***08 dekabr, 17:00
Paytaxtda daha bir sahibkar özbaşınalığı ilə əlaqədar vətəndaşlar tərəfindən sosial şəbəkələrdə məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, şəhərin Nərimanov rayonu Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində 5 mərtəbəli tikilinin sahibi qanunsuz əməlilə yadda qalıb. Həmin 5 mərtəbəli tikili layihədə qaraj kimi göstərilib. İşlər hələ də tamamlanmayıb. Bununla yanaşı binanın bir tərəfinə düşən səki faktiki olaraq parkinq kimi istifadə olunur.
Digər tərəfdə isə terras qurmaq istəyiblər. Ərazidə yaşayanların sözlərinə görə, binanın aşağı hissəsi restoran işlətmək üçün icarəyə verilib. Təxminən iki ay əvvəl restoran qarşısında terras salmaq planı dayandırılıb, lakin həmin sahə hələ də tikinti tullantılarından təmizlənməyib. Artıq burda antisanitar vəziyyət hökm sürür.
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışsaq da nə Nəsimi nə də Nərimanov Rayon İcra Hakimiyyətindən sorğumuza cavab verən olmadı.
Nurcan Babək
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS














