“Səkilərdə əlillərin rahat hərəkəti üçün işlər görülürdü, dayandırıldı” - MEMAR - FOTO

Paytaxtın bir çox küçələrində səki boyunca gözə çarpan pilləkənlər var. İlk baxışda adi görünən bu kiçik tikinti detalı əslində hər gün minlərlə insanın yolunu çətinləşdirir. Bir yandan işə tələsən piyadalar, digər yandan uşaq arabası ilə hərəkət edən valideynlər və əlilliyi olan şəxslər bu pilləkənlərdə ilişib qalırlar. Çox vaxt həmin yerlərdə alternativ keçidlər mövcud olmur, olanlar isə hər kəs üçün əlverişli deyil.
Bəs bu pilləkənlərin yaratdığı maneələri aradan qaldırmaq, səkiləri daha rahat və əlçatan etmək üçün hansı həll yollarına əl atmaq olar?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, “Şəhərsalma və tikinti qaydaları”na əsasən, Bakı şəhərində bütün ərazilərdə əlilliyi olan şəxslər üçün mütləq şəkildə ayrıca panduslar quraşdırılmalıdır:
“Küçələr, yollar və pilləkənlər elə inşa olunmalıdır ki, hər bir insanın sərbəst hərəkətinə şərait yaradılsın. Təəssüf ki, bu qaydalara əvvəlki illərdə tam əməl edilməyib və nəticədə şəhərdə piyadalar üçün lazımi şərait yaradılmayıb. Son illərdə bu istiqamətdə müəyyən işlər görülsə də, hələ də piyadaların tam sərbəst və rahat hərəkəti təmin olunmayıb”.

Həmçinin memar Cahid Həsənov qeyd edib ki, əlilliyi olan şəxslərin, xüsusilə də əlil arabasından istifadə edən və ya görmə qabiliyyətində məhdudiyyət yaşayan insanların rahat gediş-gəlişini təmin etmək üçün dünya miqyasında artıq xüsusi memarlıq və şəhərsalma formatı mövcuddur:
“Bu formatın əsası çox sadədir: hamar səthlər, eyni səviyyəli keçidlər və müəyyən eniş-yoxuşların təmin olunması. Bakı şəhərində bir neçə il əvvəl mərkəzi prospektlərdə və əsas küçələrdə bu cür inşaat işlərinə başlanılmışdı. Lakin sonrakı mərhələlərdə bu proses davam etdirilmədi və hazırda işlər görünmür. Halbuki bu məsələyə yalnız mərkəzi küçələrdə deyil, bütün şəhər ərazisində, rayonların prospekt və ara küçələrində də paralel şəkildə yanaşmaq lazımdır”.
Memar belə layihələrin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitinin tələb etmədiyini deyib:
“Dövlət tərəfindən şəhərin abadlığı üçün kifayət qədər vəsait ayrılır. Sadəcə olaraq, bu istiqamətdə sistemli, fundamental işlərin aparılması vacibdir. Bunun üçün hər bir rayon üzrə küçə və səkilər qeydiyyata alınmalı, əlillər üçün enişli-yoxuşlu pandusların – uzunluğu 1-3 metr, eni isə 120 sm olan rahat yolların salınması təmin edilməlidir. Bu ağır konstruksiya və ya bahalı material tələb etmir və monitorinq şəraitində qısa zamanda həllini tapa bilər”.
Fidan
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - AÇIQLAMA - VİDEO
Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO
Yolda pul tapmaq: şans, yoxsa lənət? - Əl uzatmazdan əvvəl bunları öyrənin
Dünyada yeni pandemiya qorxusu: Hantavirusun koronavirusdan fərqi nədir?
İyunda 10 gün İŞ OLMAYACAQ
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI










