Seysmik zonalarda tikilən binalar zəlzələyə tab gətirə bilərmi? – Memar AÇIQLADI

Son illərdə paytaxtda sürətlə artan tikinti prosesi fonunda binaların keyfiyyəti ilə bağlı müzakirələr də tez-tez gündəmə gəlir. Bəzi hallarda evlərin tikintisində keyfiyyətsiz və standartlara tam uyğun olmayan inşaat materiallarından istifadə edilməsi ilə bağlı iddialar səsləndirilir. Bu isə xüsusilə seysmik aktiv zonada yerləşən bölgələrdə binaların dayanıqlığı məsələsini daha da aktual edir. Görəsən, tikilən bəzi yaşayış binalarının mümkün zəlzələ zamanı davamlılığı necədir?
Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, fərdi yaşayış binalarında risk daha çoxdur:

“Paytaxtda müxtəlif təyinatlı binalar tikilir. Bunlara MTK-lar tərəfindən inşa olunan yaşayış binaları, dövlət tərəfindən tikilən inzibati və digər təyinatlı tikililər daxildir. Bu sahədə ümumi olaraq müəyyən nəzarət mexanizmləri mövcuddur. Dövlət tərəfindən həyata keçirilən tikintilərdə, adətən, beynəlxalq standartlara uyğun, texniki baxımdan möhkəm və keyfiyyətli materiallardan istifadə olunmasına xüsusi diqqət yetirilir. MTK-lar tərəfindən tikilən binalarda da dövlət nəzarəti müəyyən səviyyədə həyata keçirilir. Tikinti prosesi zamanı hər mərtəbə inşa olunduqca müvafiq standartlara və qaydalara uyğunluq yoxlanılır. Bu baxımdan çoxmərtəbəli binaların tikintisində müəyyən texniki tələblər tətbiq olunur. Lakin tikinti sektorunda fərdi yaşayış evləri də xüsusi yer tutur. Məhz bu sahədə bəzən müəyyən problemlər ortaya çıxa bilir. Belə ki, bəzi insanlar tikintinin daha tez başa çatması və daha ucuz başa gəlməsi üçün keyfiyyəti aşağı olan tikinti materiallarına üstünlük verirlər. Bu isə qısa müddət ərzində müxtəlif fəsadlara səbəb ola bilər”.
Memarın sözlərinə görə, mövcud qaydalara əsasən tikinti zamanı müəyyən normativlərə ciddi şəkildə riayət olunmalıdır:
“Burada məsələ yalnız armaturun qalınlığı və ya zavod istehsalı olub-olmaması ilə məhdudlaşmır. Eyni zamanda istifadə olunan sementin markası, tikintidə tətbiq edilən digər materialların keyfiyyəti də mühüm rol oynayır. Hətta bəzi hallarda divar kağızlarının yapışdırılması üçün istifadə olunan ucuz yapışqanlar belə qısa müddətdən sonra problemlərə səbəb olur. Məsələn, bir neçə ay keçdikdən sonra və ya yağış, rütubət və şaxta təsirindən divar kağızları qoparaq tökülə bilər. Məhz buna görə keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsi ümumilikdə tikililərin davamlılığına mənfi təsir göstərir. Xüsusilə zəlzələ kimi təbii fəlakətlər baxımından bu məsələ daha böyük risk yarada bilər. Ucuz materiallardan istifadə edərək bəzi tikinti tələblərini gizlətmək və ya onlara əməl etməmək yolverilməzdir. Çünki belə hallarda insanlar özlərinin yaşadıqları tikililərdə təhlükə ilə üz-üzə qala bilərlər. Bünövrənin dərinliyi, armaturun yerləşmə məsafəsi və digər texniki göstəricilər müəyyən standartlara uyğun olmalıdır. Bu tələblərin azaldılması və ya ucuz başa gəlməsi üçün dəyişdirilməsi isə qanunvericiliyə zidd hesab olunur”.
Nurcan Babək
Piyadaları ölümə aparan vərdişlər - Tələsiklik və diqqətsizlik
Pensiyaçılara ŞAD XƏBƏR
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 3000 AZN-dək
Xəzərlə bağlı qorxulu iddialar yayıldı - RƏSMİ CAVAB
Sürücülərin kabusuna çevrilən "DAİRƏ" - FOTOLAR
Bu evləri satanlar cəzalandırılacaq - Qəti şəkildə çıxarış verilmir - VİDEO
Qorxu və şiddətli ekran işləri uşaq psixologiyasına təsir edir: Nələrə diqqət edilməlidir? - PSİXOLOQ
Koronavirus insanlar üçün hələ də təhlükəlidir? - İnfeksionist AÇIQLADI
Həyət evində yaşanların NƏZƏRİNƏ! – Cərimələnə bilərsiz
Şiddətli soyuqlar və kəskin iqlim dəyişikliyi XƏBƏRDARLIĞI
Vətəndaş marketdəki malın “kənd məhsulu” olduğunu necə ayırd edə bilər? – Ekspert AÇIQLADI










