Süni intellekt və təhsil: Gələcəyin müəllimi kim olacaq? - Eskpert AÇIQLADI

Süni intellekt son illərdə həyatımızın bir çox sahəsinə sürətlə daxil olub və təhsil də bu sahələrdən biridir. Texnologiyanın inkişafı ilə birlikdə öyrənmə üsulları dəyişir, yeni imkanlar yaranır və müəllimlik peşəsinin gələcəyi ilə bağlı müxtəlif suallar ortaya çıxır. Xüsusilə süni intellektin tədris prosesində rolu, şagirdlərlə münasibəti və bilik ötürmə qabiliyyəti haqqında müzakirələr getdikcə daha da aktuallaşır. Bu mövzu həm müəllimlər, həm şagirdlər, həm də cəmiyyət üçün maraqlı və düşündürücü məsələlərdən birinə çevrilib.
Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, süni zəkanın müəllim olaraq tədris prosesini icra etməsi əlbəttə mümkündür və bunu biz yəqin ki, gələcək illərdə görəcəyik:

“Düzdür, hal-hazırda dünyanın inkişaf etmiş, texnologiya sahəsində irəliləmiş ölkələrində artıq süni zəkadan tədris prosesində geniş istifadə olunur. Hətta bəzi yerlərdə auditoriyaları süni zəka olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmizdə isə yəqin ki, qarşıdakı 5–10 il ərzində tam süni zəka əsaslı tədris prosesini idarə edən robotları və ya müvafiq ən yeni texnologiyaları görə biləcəyik. Müəyyən qiymətləndirmənin aparılması, tədris prosesinin vizual olaraq təqdimatı, şagirdlər üçün daha əlçatan informasiyanın verilməsi kimi məsələlərdə süni zəka mühüm rol oynayacaq. Amma yenə də canlı insan funksiyasını tam əvəz etmək mümkün deyil. Məsələn, qiymətləndirmə zamanı şagirdin mimikalarına əsasən onun hazırlıqlı olub-olmadığını müəyyən etmək süni zəka üçün xarakterik deyil. Buna görə də biz təbii ki, canlı müəllimi süni zəka ilə tam əvəz olunmuş şəkildə təsəvvür edə bilmərik. Lakin informasiyanın daha əlçatan formada təqdim edilməsi və daha rahat ötürülməsi kimi məsələlərdə süni zəka, şübhəsiz ki, ön plana çıxır”.
Nurcan Babək
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












