Sürücüləri bezdirən çuxurlar - 12 ildir unudulan yol - VİDEO

H.Z.Tağıyev-Sahil avtomobil yolu bərbad vəziyyətdədir. Yolun, xüsusilə, Qızıldaş qəsəbəsindən Müşfiqabad qəsəbəsinə qədər olan hissəsi tamamilə sıradan çıxıb. R6 magistralında işıqlandırma sisteminin olmaması isə gecə saatlarında qəza riskini daha da artırır. 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilən 42 kilometrlik bu xətt artıq 12 ildir ki, bərpa edilmir. Mövcud acınacaqlı vəziyyət hər gün həmin yoldan keçən sürücülərin haqlı narazılığına səbəb olur. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Yolun vəziyyətindən şikayətlənən sürücülərdən biri problemləri belə ifadə edib:
"Maşın cəmi iki reys edəndən sonra gedib diski, hava yastıqlarını və rezin hissələri dəyişməli oluruq. Bura çox işlək yoldur. Sürücülərin normal istifadə edə bilməsi üçün mütləq şəkildə təmir olunmalıdır".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yolun istismar vəziyyəti davamlı olaraq monitorinq edilir:
"Yaxın vaxtlarda sözügedən yolda hərəkətin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə cari təmir işləri icra olunub. Yolun texniki vəziyyəti nəzərə alınaraq gələcəkdə orada əsaslı təmir işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












