Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Paytaxtda qeyri-adi xidmət - VİDEO

"Dərdini danışmaq - 12 manat, ailə problemləri - 25 manat, sevgi problemləri - 21 manat, məsləhət almaq isə 26 manat". Belə maraqlı bir elan paytaxtda fəaliyyət göstərən taksilərdən birində yerləşdirilib. Diqqətçəkən məqamlardan biri isə dost, tanış və ya qohum adı ilə müraciət edənlər üçün qiymətin ikiqat hesablanacağı ilə bağlı qeydin olmasıdır. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.
Paytaxt sakinləri isə məsələyə müxtəlif cür münasibət bildiriblər.
"Mən dərdimi taksidə danışmazdım. Amma insanın çətin və dolu vaxtına düşəndə, bəlkə də kimsə belə bir seçim edə bilər. O insanları da qınamıram", - deyə sakinlərdən biri bildirib.
Digər bir sakin isə qeyd edib:
"Mən taksi sürücülərinin dərdinə qulaq asıram. Amma elə insanlar var ki, oturur və dərdini danışmağa adam axtarır. Mənim düşüncəmə görə, son vaxtlar çox insan dinləməyi yox, danışmağı sevir. Ona görə də dinləyəcək adam tapmırlar. Taksi sürücüsü də məcbur pul aldığı üçün dinləyir".
Maraqlıdır, insanların danışmağa və dinlənilməyə bu qədər ehtiyacı varmı? Etibar edə biləcəkləri yaxınları yoxdurmu ki, tanımadıqları insanlara dərdlərini danışırlar?
Görünür, məsələ artıq o həddə çatıb ki, qarşı tərəf də bunu ödənişli xidmətə çevirib.
Psixoloq İlahə Dadaşova isə məsələni belə izah edib:
"Danışmaq psixologiyada "katarsis" adlanan elmi terminlə ifadə olunur. Yəni insan danışdıqca mənəvi olaraq rahatlaşır. Elə insanlar var ki, psixoloji seanslara sadəcə danışmaq üçün gəlirlər".
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












