Taxta materialları bahalaşdı - Qiymətlər

Dünya əmtəə bazarında taxta qiymətləri yüksəlməkdə davam edir. Avtosfer.az bildirir ki, Lumber fyuçerslərinin qiyməti son 34 həftənin ən yüksək səviyyəsinə çatıb. Bazar məlumatlarına əsasən, taxtanın qiyməti 1000 board feet üçün 633,50 ABŞ dollarına yüksəlib. Bu göstərici təxminən 1 kubmetr üçün 268 ABŞ dollarına bərabərdir. Məlumata görə, son 4 həftə ərzində Lumber qiymətləri 6,31 faiz artıb. Son 12 ayda isə taxtanın bahalaşması 2,68 faiz təşkil edib. Nəzərə alaq ki, ölkəmizə taxta materialları əsasən Rusiyadan idxal edilir. Qlobal bazardakı proseslər Rusiyaya nisbətən az təsir etsə də, psixoloji faktorların qiymətlərdə rolu da az deyil.
Bəs, ölkəmizin taxta bazarında qiymətlər necədir?
Məsələ ilə bağlı Dərnəgülün “Taxta bazarı”nda fəaliyyət göstərən Elmidar adlı iş adamı "Bizim.Media"ya bildirib ki, tikinti mövsümünün pik vaxtıdır:
“Ona görə də əksər tikinti materiallarının qiymətində artım var. Taxta materillarının qiymətində isə vəziyyət belədir. 18-lik dikt əvvəllər 25-26 manata satılırdısa, indi 30 manata təklif olunur. 10-luq dikt 22, 15-lik diktsə 25 manata təklif olunur. 2-lik taxtanın bir kubunun qiyməti hazırda 330 manatdır. 5-lik taxtanın bir kubu isə 320 manata təklif olunur. Bu da o deməkdir ki, son bir neçə ayda taxtanın bir kubunun qiyməti 15-20 manat bahalaşıb. Diktlərsə 17-18 faiz bahalaşıb”.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












