Banner

Tələbə kreditinin borcu hansı halda silinir? –  AÇIQLAMA

Sosial 15 Oktyabr 2026 13:18
Tələbə kreditinin borcu hansı halda silinir? –  AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Ali təhsil müəssisələrində ödənişli əsaslarla oxuyan tələbələr üçün təhsil haqqını ödəmək bəzən çətin olur. Bu səbəbdən Təhsil Tələbə Kredit Fondu tələbələrə təhsil xərclərini qarşılamaq və təhsillərini davam etdirmək üçün imkan yaradır. Kreditdən yararlanmaq istəyən tələbələr müəyyən şərtlərə əməl etməli, qəbul balı və semestr nəticələri ilə bağlı tələbləri yerinə yetirməlidirlər. Tələbənin sosial vəziyyətindən asılı olaraq kreditin faiz dərəcəsi də dəyişə bilər. Kreditin hansı müddətdə qaytarılması, təhsil dövründə faizlərin hesablanması və məzun olduqdan sonra ödənişlərin nə vaxt başlaması da tələbələri maraqlandıran məsələlərdəndir. Bəzi hallarda isə tələbələr təhsil göstəricilərinə görə kreditin müəyyən hissəsinin və ya tam məbləğinin silinməsi imkanından yararlana bilərlər.

Bəs Təhsil Tələbə Krediti Fondundan kredit alan tələbələrin borcunun bir hissəsi hansı hallarda silinə bilər? 

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Təhsil Tələbə Kredit Fondunun fəaliyyət göstərdiyi beş il ərzində bu məsələlər onun nizamnaməsində və qaydalarında öz əksini tapıb:

"Təhsil Tələbə Kredit Fondunun yaratdığı fürsətdən, təhsil kreditindən istifadə etmək üçün o qədər də çətin şərtlər yoxdur. Birinci kurs tələbəsi, universitetə yeni qəbul olan tələbələr üçün yalnız bir tələb var, oda qəbul zamanı iki yüz əllidən çox bal toplamalıdır. Hətta iki yüz əlli bir balı olsa belə, tələbə təhsil kreditinə müraciət edə bilər və qəbul olduğu ixtisas üzrə illik təhsil haqqının yalnız iyirmi faizini ödəyir. Bu qayda birinci semestr üçün nəzərdə tutulub. İkinci və növbəti semestrlərdə isə tələbənin yetmiş bir baldan yuxarı nəticə göstərməsi tələb olunur. Üçüncü kursda əyani təhsil alan tələbə ikinci semestrdə təhsil kreditindən yararlanmaq üçün birinci semestrdə bütün imtahanlardan yetmiş bir baldan yuxarı nəticə göstərməlidir. Əks halda, həmin şəxsə kredit verilmir”. 

Ekspert qeyd edib ki, tələbə krediti sosial və standart olmaqla iki istiqamətə bölünür:

“Sosial tələbə krediti hər iki valideynini itirmiş şəxslər, şəhid və qazi övladları, valideynləri birinci və ikinci dərəcəli əlilliyi olan insanlar, sosial həssas kateqoriyaya aid olan insanlar üçündür. Onlar üçün kredit yalnız iki faizlə hesablanır. Standart kredit üzrə də bir sıra güzəştlər nəzərdə tutulub. 
Tələbə təhsil aldığı müddətdə krediti ödəmədiyi halda ondan faiz tutulmur. 

Universiteti bitirdikdən sonra da əlavə iki il güzəşt verilir. Çünki burada oğlan tələbələrin hərbi xidmət dövrləri də hesablanır. Əlavə iki ildən sonra da on il ərzində kredit ödənilməlidir. Ən böyük güzəşt isə əgər sən universiteti əlaçı qiymətlərlə bitirəcəksənsə, təhsil krediti sənə bağışlanılır".

Züleyxa

Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh