Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO

Qərara əsasən, dövlət torpaq sahələrinin illik icarə haqqı torpağın bazar dəyərinə uyğun olaraq müəyyən ediləcək. Belə ki, Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizinə, ölkənin digər şəhər və rayonları üzrə isə 2 faizinə müvafiq əmsallar tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, məsələni daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Baku TV-yə şərh edərək bildirib ki, bu qərar dövlət torpaqlarının dövriyyəyə cəlb olunması baxımından müsbət addımdır:
"Bu, alqışalayiq qərardır və hesab edirəm ki, dövlət torpaqlarının dövriyyəyə cəlb edilməsində çox ciddi rol oynayacaq. İndiyədək əmsal tətbiq olunmurdu. Sadə dillə desək, təxminən 10 min kvadratmetrlik torpaq sahəsi üzrə icarə haqqını 35-40 faizədək azaldır", - deyə ekspert qeyd edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, yeni qaydalar dövlət torpaqlarının icarəyə verilməsi prosesində şəffaflığın artırılmasına xidmət edəcək.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












