Toylarda spirtli içkilər QADAĞAN EDİLİR? – AÇIQLAMA

Azərbaycanda yas mərasimlərində ehsan verilməsinin mərhələli şəkildə aradan qaldırılması cəmiyyətdə əsasən müsbət qarşılanıb. Bəzi şəxslər hesab edir ki, müəyyən qaydalar toy məclislərində də tətbiq olunmalıdır. Xüsusilə, toylar zamanı baş verən dava-dalaşların əsas səbəblərindən birinin spirtli içki qəbulu olduğu vurğulanır.
Toylarda spirtli içkilərin verilməsi ləğv edilə bilərmi? Yaxud müəyyən norma tətbiq edilməsi mümkündür? Bu addım dava-dalaşların və digər xoşagəlməz halların qarşısını almağa kömək edərmi?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan deputat Ceyhun Məmmədov hesab edir ki, bu məsələdən danışarkən ona daha çox israfçılıq kontekstindən yanaşmaq lazımdır:
“Təəssüf ki, bu gün israfçılıq halları müxtəlif sahələrdə olduğu kimi, toy məclislərində də geniş şəkildə müşahidə olunur. Toylarda həddindən artıq xərclərin çəkilməsi, nümayiş xarakteri daşıyan davranışlar və ehtiyacdan artıq məsrəflər cəmiyyət üçün narahatedici səviyyəyə çatıb. Hesab edirəm ki, bu kimi israfçılıq hallarına son qoyulmalı və daha rasional yanaşmalar təşviq edilməlidir”.
İçki məsələsinə gəldikdə isə, deputat düşünür ki, spirtli içkilər müxtəlif bədbəxtliklərə yol açır:
“Bu gün baş verən bir çox cinayət hadisələrinin, qətllərin və yol-nəqliyyat qəzalarının səbəblərini araşdırdıqda, alkoqolun təsirinin kifayət qədər böyük olduğunu görürük. İçkinin bu qədər əlçatan olması və geniş yayılması müəyyən sosial problemlərin yaranmasına səbəb olur.
Təbii ki, Azərbaycan dünyəvi və sivil dövlətdir. Ancaq bununla yanaşı, alkoqol istifadəsinin cəmiyyət üçün yaratdığı fəsadları da açıq şəkildə qeyd etməliyik. Bu fəsadlar həm insanların sağlamlığına, həm ailə münasibətlərinə, həm də ictimai təhlükəsizliyə mənfi təsir göstərir və belə halların qarşısının alınması hər birimizin marağında olmalıdır”.
Ceyhun Məmmədov deyib ki, cəmiyyətin bu kimi problemlərdən uzaq olmasına ciddi ehtiyac var:
“Bunun üçün həm maarifləndirmə tədbirləri gücləndirilməli, həm də aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılmalıdır. Çünki gündəlik həyatda bu problemlərin yaratdığı çətinliklərin və mənfi nəticələrin şahidi oluruq. Onların aradan qaldırılması istiqamətində sistemli fəaliyyətə ehtiyac var”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












