Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırmaq - Sınaqdan keçirilmiş üsul

Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırmaq - sınaqdan keçirilmiş üsulYay aylarında ağcaqanadlar ən rahat axşamları belə narahat edə, yuxunu poza və dişləmələrə səbəb ola bilər. Mütəxəssislər güclü kimyəvi vasitələrə ehtiyac olmadan istifadə edilə biləcək sadə bir üsul təklif edirlər. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun üçün yalnız bir rulon tualet kağızı və bir neçə damcı efir yağı kifayətdir.
Ağcaqanadlar insanları əsasən bədəndən yayılan qoxular və nəfəs aldıqda ayrılan karbon qazı vasitəsilə müəyyən edirlər. Bəzi təbii və kəskin ətirlər isə onların istiqaməti müəyyən etməsinə mane olur və həşəratları uzaqlaşdırır. Mütəxəssislərin sözlərinə görə, evkalipt, nanə, sitronella, lavanda, çay ağacı, mixək və limonotu efir yağlarının qoxusu ağcaqanadları uzaq saxlamaqda daha təsirli hesab olunur.
Bu üsul necə hazırlanır?
Bu üsul üçün bir rulon tualet kağızı və təxminən 20 damcı sitronella, lavanda və ya evkalipt efir yağı lazımdır. Efir yağı tualet kağızının ortasındakı karton hissəyə və ya kağızın kənar qatlarına damızdırılır. Sonra rulon açıq pəncərənin yaxınlığında, pəncərəaltında, eyvanda və ya çarpayının yanında yerləşdirilir. Kağız efir yağını hopduraraq onun qoxusunu bir neçə saat ərzində otağa tədricən yayır.
Bir neçə efir yağını birlikdə istifadə etmək daha təsirlidir
Daha yaxşı nəticə əldə etmək üçün bir neçə efir yağını birlikdə istifadə etmək tövsiyə olunur. Sitronella ilə lavanda, evkalipt ilə nanə, çay ağacı yağı ilə limon və ya lavanda ilə mixək yağının birləşdirilməsi ağcaqanadları daha effektiv uzaqlaşdıra bilər. Bu qoxular insanlar üçün xoş olsa da, ağcaqanadlar onları sevmir.
Tualet kağızını harada yerləşdirmək lazımdır?
Qoxulu tualet kağızını ağcaqanadların evə daha çox daxil olduğu yerlərdə saxlamaq məsləhətdir. Onu pəncərənin, qapının və ya eyvanın yaxınlığında, bağ mebellərinin yanında, həmçinin terras və ya söhbətgahda yerləşdirmək daha yaxşı nəticə verə bilər. Kiçik otaq üçün bir rulon kifayət etsə də, böyük evlərdə bir neçə rulondan istifadə etmək mümkündür.
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...
Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər AÇIQLANDI
Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA
Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var










