“Turşsu” bulağı ərazisi məişət tullantıları ilə çirkləndirilib? - FOTO

Azərbaycanın təbii sərvətlərindən biri olan, Şuşa şəhəri yaxınlığında yerləşən və müalicəvi xüsusiyyətləri ilə tanınan “Turşsu” bulağının ciddi ekoloji problemlə üzləşdiyi bildirilir. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, vaxtilə insanların istirahət və sağlamlıq məqsədilə üz tutduğu bu ərazinin hazırda məişət tullantıları ilə çirkləndirdiyini əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova ilə əlaqə saxladıq.
Onun sözlərinə görə, “Turşsu” ərazisinin turistlər tərəfindən çirkləndirilməsi ilə bağlı yayılmış video görüntülər məyusluq hissi doğurur:
“Məlumat üçün bildiririk ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərinin və kəndlərin idarə edilməsi ilə məşğuldur. Şuşa rayonunda yerləşən Turşsu qəsəbəsi (Turşsu bulağı) ərazi baxımından Şuşa rayonuna daxil olsa da, “Meşə fondu" olduğu üçün Ekologiya və Təbii sərvətlər Nazirliyinin nəzarətindədir. Lakin, buna rəğmən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir Xidməti tərəfindən həftədə bir neçə dəfə ərazi təmizlənilir, zibil qutuları dəyişdirilir”.
“Bir daha ziyarətçilərimizdən səfalı torpaqlarımızın qədrini bilmələri və əraziləri çirkləndirməmələri xahiş olunur”, - S. Məmmədova əlavə edib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












