"Üfunətdən, ağcaqanad əlindən evdə oturmaq olmur" - Sakinlərin zibil problemi - VİDEO

Abşeron rayonunun Xırdalan şəhəri, 26-cı məhəllə, Məhsəti Gəncəvi küçəsində yerləşən geniş ərazi uzun illərdir məişət tullantıları ilə çirkləndirilir. Sakinlərin sözlərinə görə, ərazidəki antisanitar vəziyyət 15 ildən artıqdır davam edir.
Onlar bildirirlər ki, tullantılardan yayılan üfunət, eləcə də küçə heyvanlarının əraziyə toplaşması gündəlik həyatlarını çətinləşdirir:
"Üç ildir burada yaşayıram. Bu ərazini təmiz vəziyyətdə gördüyümü xatırlamıram", "Üfunətin, ağcaqanadın əlindən evdə oturmaq olmur", - deyə sakinlər Baku TV-yə narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən yer hüquqi şəxsə məxsusdur və ərazinin təmiz saxlanılması ilə bağlı bir neçə dəfə şirkətə xəbərdarlıq edilib.
Qurumdan o da qeyd olunub ki, yaxın ərazidə məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlar mövcuddur. Lakin vətəndaşlar məişət tullantılarını yol üzərində olan bu əraziyə atırlar:
"Son yağışlardan sonra ərazi palçıqlı olduğu üçün texnikanın işləməsi mümkün deyil. Tezliklə ərazi təmizlənəcək".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI













