“Uşaqpulu verilsə, ailələr 3-dən çox uşaq dünyaya gətirər”

“Dövlətimizin imkanı çərçivəsində aztəminatlı ailələrə uşaqpulu verilərsə nə gözəl olar. Çünki hər kəsin uşaq böyütməyə gücü yoxdur. Yeni ailələr var ki, maaşla dolanırlar. O maaş da evdə olmayanda vəziyyət ümumiyyətlə ağırlaşır. Bunun geyimi var, keçimi var, yeməyi var, toyu var, kommunal və digər xərcləri var. Bütün bunların öhdəsindən gəlmək çətindir. Gənc ailələrə valideynlərin dəstəyi və köməyi olmayanda onlar həqiqətən də əziyyət çəkirlər. Bu baxımdan da uşaqpulu verilərsə çox yaxşı olar. Mən bunu alqışlayıram. “Uşaqpulu lazım deyil” fikri ilə razı deyiləm. Əksinə, bu mövzuya belə kəskin münasibət lazım deyildi. Əgər dövlətin imkanları varsa, bunu edə bilərsə niyə də yox?! Millətimizin sayı nə qədər çox olsa, namuslu qızlar və oğullar böyüdüb boya-başa çatdırsaq, ölkəmiz bir o qədər varlanıb, güclənər”.
Avtosfer.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova deyib. O daha sonra əlavə edib:
“30, 40, 50 il bundan əvvəl bəlli bir həyat tərzi var idi. Bir tək atanın maaşı ilə hər kəs dolanırdı. Hamı da o maaşa uyğunlaşırdı. Həyat tərzi fərqli idi, bugünki kimi deyildi. Bu gün hər şey dəyişib. Ona görə də ailələr çox uşaq istəmirlər. Ya 1 ya da ki, 2 uşaq istəyirlər. Demək olar ki, 3-cü uşaq çox nadir hallarda olur. Çoxuşaqlı ailələr ümumiyyətlə azdır, demək olar ki, yoxdur. Nə qədər çətin də olsa ailə dəyərlərinə hörmət edən ata və ana uşağını pis, yaxşı böyüdür, boya-başa çatdırır. Oxutdurur, ona təhsil də verir. Bizim millətimizin gözəl xüsusiyyətlərindən biri də odur ki, nə qədər maddi sıxıntıları da olsa, əynindən, başından, yeməyindən kəsir və uşağının təhsilinə bəlli bir miqdar pul ayırır. Bu çox gözəl xüsusiyyətdir. Təhsil hər şey deməkdir. Bu həyatın açarı elmdir, təhsildir. Biz bununla yüksəklərə, böyük nailiyyətlərə sahib ola bilərik. Mən bunu alqışlayıram” - deyə xanəndə bildirib.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












