Valideynlərin yükü azalır, təhsildə inqilabi yenilik tətbiq olunur - Repetitorlara ehtiyac qalmayacaq

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Belə ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.
Görəsən, sözügedən modelin üstünlükləri nələrdir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, sözügedən məsələ pilot layihə kimi daha əvvəl tətbiq olunmuşdu.
O vurğulayıb ki, əvvəlki model indiki ilə müqayisədə effektiv deyildi:
"İndi isə əhatə dairəsi genişlənir və yanaşma dəyişir. Artıq prosesə yüksəkixtisaslı pedaqoji kadrlar cəlb olunur. Hazırlıq istiqamətində qrup rəhbərləri də tədris prosesində iştirak edəcəklər. Onlar tədrisin təşkili ilə yanaşı, şagirdlərin qiymətləndirilməsini və nəticələrin izlənilməsini həyata keçirəcəklər. Bu da şagirdlərin ali təhsil müəssisələrinə hazırlığının məktəblərdə aparılmasına və onların birbaşa ali məktəblərə qəbuluna daha əlverişli şərait yaradacaq. Yeni model valideynlərin maliyyə yükünü azaldır, eyni zamanda şagirdlərin dərs yükünü də yüngülləşdirir. Əlbəttə, indiki sayda bir-iki il sonra effekt əldə olunarsa, bu model bütün bölgələrdə tətbiq oluna biləcək. Bu da onu deməyə əsas verir ki, hazırlıq kurslarına və repetitorlara müraciətlərin azalmasını müşahidə edəcəyik. Şagirdlər yalnız məktəb biliyi əsasında ali təhsil müəssisələrinə qəbul olacaqlar. Prosesə cəlb olunan müəllimlər sertifikasiya imtahanında uğur qazanmış şəxslərdir. Onlar dərs saatları ərzində həmin tədrisi həyata keçirirlər. Qarşıdakı dövrdə tamştatlı müəllim kimi qeydiyyata alınarlarsa, əməkhaqlarında da artımlar olacaq".
Hirkan Milli Parkında xoşagəlməz görüntülər - VİDEO
Binəqədidə sakinlərin canını boğaza yığan yollar - VİDEO
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?
Kommunal ödənişlərdən kimlər azad oluna bilər? - VACİB AÇIQLAMA
Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bina sakinlərinin bitməyən dərdləri - Həyət evində bunlar yoxdur
Tıxacların uzunluğu rekord həddə çatdı - Fransada yandırıcı istilər
Bakıda kuryerlərin əsas problemi; sifariş çatdırmalıdırlar, lakin… - VİDEO
Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Ekspert açıqladı - VİDEO
Xaricdə işləyən azərbaycanlıların pensiyası BELƏ HESABLANACAQ - VİDEO










