Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?

Tibbi nöqteyi-nəzərdən insan öldükdən sonra, nə qədər tez dəfn olunsa, o qədər faydalıdır. Çünki ölən insanın cəsədindən ətrafa müxtəlif bakteriyaların yayılma təhlükəsi var. Xüsusilə ağır xəstəlikdən sonra həyatını itirən insanın cəsədi daha tez dəfn edilməlidir.
Bəs, İslamda bu barədə nə deyilir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan deyir ki, İslam dininə görə vəfat etmiş şəxsin mümkün qədər tez dəfn olunması tövsiyə olunur:
“Əgər zərurət yoxdursa, meyiti saxlamaq uyğun görülmür. Həzrət Muhəmməd Peyğəmbərin ənənəsinə görə, vəfat etmiş adamı dərhal dəfn edirlər. Müharibə şəraitində, digər qorxulu hallarda isə meyitə hörmətsizlik olmadan uyğun vəziyyəti gözləmək olar. Lakin adi formada dəfn etmək imkanı yarandığı halda, sadəcə dəbdəbə və təntənəli dəfn üçün ölünü günlərlə, aylarla saxlamaq əsla şəriətə uyğun deyil. Bəzən vəfat etmiş adamın uzaqda olan yaxınını gözləyirlər, vaxt uzanır. Bu, məqbul deyil. İslam qaydalarına uyğun olaraq aşkar yaxud da gizlin dəfn etmək imkanı varsa, dərhal meyit torpağa tapşırılmalıdır. Həzrət Məhəmməd Peyğəmbərin hədislərində ölünün qəbrə tez çatdırılmasına təkid olunur. Hətta hesabının tez başlaması üçün bunun zəruri olduğu qeyd olunur. Tibbi, gigiyenik baxımdan, mənəvi, psixoloji yöndən də ölmüş adamın dəfnini ləngitmək doğru deyil. İslam dininə görə dəfn zamanı xüsusi tədbirin keçirilməsi, təmtəraq və dəbdədə tövsiyə edilmir. Dəfn mümkün qədər sadə və yığcam olmalıdır. Eyni zamanda meyitin uzun zaman dəfn olunmamış saxlanması onun ruhuna əziyyət və hörmətsizlikdir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












