Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? - Deputat dəstəklədi

Azərbaycanda vətəndaşların fərdi pensiya hesablarında toplanan vəsaitdən pensiya yaşına çatmadan istifadə edə bilməsi məsələsi yenidən gündəmdədir.
Vətəndaşın pensiya kapitalı müəyyən məbləği keçdikdə, pensiya yaşına çatmadan həmin vəsaitin bir hissəsindən istifadə etməsinə necə imkan yaratmaq olar?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlama verib.
“Azərbaycanda vətəndaşların fərdi pensiya hesablarında toplanan pensiya kapitalından sağlığında istifadə etməsi, vəfat etdikdən sonra isə həmin vəsaitin ailə üzvlərinə və ya vərəsələrinə ötürülməsi məsələsi uzun müddətdir müzakirə olunur. Hazırda qanunvericiliyə görə, fərdi hesabdakı kapital yalnız qanunla müəyyən edilmiş pensiya yaşına çatdıqda və ya əlilliyə görə pensiya təyin olunduqda ödəniş formasına çevrilir".
Deputat bildirib ki, pensiya kapitalından sağlığında istifadə və vəfat etdikdən sonra həmin vəsaitin vərəsələrə ötürülməsi üçün mövcud qaydalara dəyişiklik edilməli, konkret və hesablama prinsiplərinə əsaslanan mexanizm hazırlanmalıdır.
“Düşünürəm ki, vətəndaş pensiya yaşına çatmadan vəfat edərsə, topladığı pensiya kapitalının müəyyən hissəsinin varisinin hesabına köçürülməsi məqsədəuyğun ola bilər. Çünki vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda vətəndaşın pensiya kapitalına gələcək üçün bir yığım kimi yanaşmasını təmin etmiş olar”, – deyə o bildirib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












