Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?

ABŞ və İsrailin İrana qarşı müharibəsinin nəticəsi olaraq yanacaq qiymətlərinin artması səbəbindən Almaniya vətəndaşlarının demək olar ki, yarısı şəxsi avtomobildən istifadədən imtina etməyə başlayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu, Almaniyada “Verivox” portalının sifarişi ilə keçirilən sorğunun nəticəsində məlum olub. Sorğuda iştirak edənlərin 48 faizi şəxsi avtomobildən imtina etdiyini bildirib. Almanların 29 faizi mövcud şəraitdə avtomobildən velosipedə keçib, 24 faizi isə daha çox ictimai nəqliyyatdan istifadə etməyə başlayıb. Sorğuda iştirak edən respondentlərin üçdə ikisi — 67 faizi bildirib ki, qiymət artımı səbəbindən enerjidən daha qənaətlə istifadə etməyə başlayıb. Almanların 56 faizi istifadə olunmayan elektrik cihazlarını gözləmə rejimində saxlamaq əvəzinə tam söndürür. Bundan əlavə, respondentlərin 55 faizi evlərdə istilik cihazlarının gücünü azaltdığını bildirib. 52 faiz ümumilikdə elektrik enerjisi istehlakını məqsədyönlü şəkildə azaltdığını qeyd edib. Respondentlərin 47 faizi isə isti suya qənaət etdiyini deyib.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












