Xaricdən sifariş verilən malların qiyməti bahalaşacaq? - AÇQLAMA

"Onlayn platformalar və rəqəmsal xidmətlərlə bağlı gözlənilən vergi dəyişiklikləri məhsulların qiymətinə birbaşa təsir etməyəcək". Avtosfer.az-ın məlumatına görə, bunu “Baku.ws”ə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlayıb.
Onun sözlərinə görə, dəyişikliklər əsasən iş və xidmətlərə, xüsusilə də qeyri-rezidentlər tərəfindən təqdim olunan iri məbləğli rəqəmsal xidmətlərə şamil ediləcək:
"Bu səbəbdən onlayn platformalarda satılan fiziki məhsulların qiymətində birbaşa artım gözlənilmir. Əsas təsir daha böyük məbləğdə olan və xarici şirkətlər tərəfindən göstərilən xidmətlərin xərcində özünü göstərə bilər. Bu isə həmin xidmətlərin uçotunun aparılması və rəsmiləşdirilməsi ilə bağlıdır.
Yeni mexanizm nəticəsində:
- qeyri-rezident rəqəmsal xidmət təminatçıları vergi uçotuna alınacaq,
- hesabat və ödəniş sistemlərini yerli qanunvericiliyə uyğunlaşdıracaq,
- göstərdikləri xidmətlər üzrə vergi ödəyəcəklər.
Bu isə bəzi hallarda xidmət haqlarında müəyyən artıma səbəb ola bilər. Lakin dəyişikliklər gündəlik onlayn alış-veriş məhsullarına şamil olunmur".
Vüqar Bayramov vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi iki istiqamətlidir:
"Yerli sahibkarların maraqlarının qorunması - vergi ödəyən yerli bizneslərlə xarici platformalar arasında yaranan haqsız rəqabətin qarşısı alınacaq. Dövlət büdcəsinin gəlirlərinin artırılması - indiyədək vergiyə tam cəlb olunmayan rəqəmsal fəaliyyətlərdən büdcəyə vəsait daxilolmaları təmin ediləcək. Bu addım həm iqtisadi, həm də fiskal xarakter daşıyır. Çünki əvvəlki qaydalara əsasən dövlət büdcəsi həmin fəaliyyətlərdən tam həcmdə gəlir əldə edə bilmirdi. Qanun layihəsində rəqəmsal xidmət göstərən qeyri-rezident şirkətlər üçün altı aylıq keçid müddəti nəzərdə tutulur. Bu müddət ərzində onlar vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırmalıdırlar".
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












