Xəzərlə bağlı qorxulu iddialar yayıldı - RƏSMİ CAVAB

“Xəzər dənizində zəlzələlərin baş verməsi təbii seysmik prosesdir və bu, qeyri-adi hal kimi qiymətləndirilməməlidir”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, zəlzələlər təkcə quruda deyil, dəniz akvatoriyasında da mütəmadi olaraq qeydə alınır:
“Xəzərdə zəlzələlərin baş verməsi normal haldır. Ümumiyyətlə, həm dənizdə, həm də quruda zəlzələlər olur. Azərbaycanın müxtəlif bölgələrində də belə hallar müşahidə edilir. Bu, qeyri-adi bir vəziyyət deyil. Xəzərdə baş verən zəlzələlər adətən daha dərin ocaqlarda yaranır və əksər hallarda hiss olunmur. Ona görə də ciddi narahatlığa əsas yoxdur, xırda təkanlar ola bilər ki, bu da təbii prosesdir”.

RSXM rəhbəri Xəzər dənizində suyun səviyyəsinin azalması ilə seysmik proseslər arasında müəyyən təsirlərin ola biləcəyini istisna etməsə də, bunun böyük zəlzələ riski yaratması barədə fikirlərin elmi əsasının olmadığını vurğulayıb. Hazırda xırda təkanlar müşahidə olunur. Elə bir bölgə yoxdur ki, orada güclü, dağıdıcı zəlzələ ehtimalı yüksək olsun. Ola bilər ki, 3-4 bal gücündə zəif zəlzələlər hiss edilsin, amma bunlar təhlükəli deyil və ciddi fəsad törətmir”.
Q.Yetirmişli əlavə edib ki, Xəzərdə zəlzələlərin baş verməsini yalnız suyun səviyyəsinin azalması ilə əlaqələndirmək doğru yanaşma deyil. Onun sözlərinə görə, dənizdə seysmik təkanlar suyun səviyyəsi yüksək olduğu dövrlərdə də qeydə alınıb.
RSXM rəhbəri bildirib ki, bu proses yalnız suyun tamamilə çəkilməsi və vəziyyətin həyəcan doğuracaq həddə çatması halında daha ciddi müzakirə mövzusu ola bilər. Hazırda isə belə bir durum müşahidə edilmir:
“Onsuz da Xəzərdə suyun səviyyəsi çox olanda da zəlzələlər baş verib. Ona görə bunu birbaşa suyun çəkilməsi ilə bağlamaq düzgün deyil. Təhlükəli vəziyyətdən yalnız o halda danışmaq olar ki, suyun səviyyəsi kəskin və kritik həddə düşsün. Hazırda isə belə bir hal yoxdur, narahatlığa əsas görmürük”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












