Banner

Xırdalanda şəhərsalma normalarının pozulması hansı çətinliklər yaradır? – RƏSMİ AÇIQLAMA

Sosial 30 Dekabr 2025 15:11 Oxunub 96
Xırdalanda şəhərsalma normalarının pozulması hansı çətinliklər yaradır? – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda fərdi yaşayış evlərinin illərdir normativlərdən kənar şəkildə bir-birinə bitişik tikilməsi sosial şəbəkələrdə geniş müzakirələr səbəb olub. Belə ki, dar küçələr, evlər arasındakı məsafənin demək olar ki, yox səviyyəsində olması bu əraziləri potensial təhlükə zonasına çevirib. Belə sıx tikinti yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı həm insanların təxliyəsini, həm də xilasedici qüvvələrin operativ müdaxiləsini ciddi şəkildə çətinləşdirir. Bu vəziyyət isə sual doğurur. Görəsən Xırdalanda yaranmış bu riskli mənzərəyə kimlər səbəb olub və fövqəladə hallar zamanı hansı çətinliklər yaranır?

Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a bildirib ki, sözügedən ərazidəki evlərin belə tikilməsi memarlıq və şəhərsalma qaydalarına ziddir:
“Şəhərsalma normativlərinə uyğun olmayan, yeri gəldi, gəlmədi, tikililərin təməli çox təəsüf ki, 1988-ci illərdən hələ təməli qoyuldu və ardı da kortəbii formada davam etdirildi. Nəticədə artıq bir məhəllələr yarandı. Baş plana məhəl qoyulmadan yaranmış bu sıxlıq sayəsində durum çox acınacaqlı oldu. Həm evlərin təbii havalandırılması, həm təbii işıqlandırılması tam şəkildə olunmayıb, ərazidə dar, ensiz, hətta səkilər belə olmadan salınmış küçələr,  həm bu ərazidə yaşayış kartına maneə yaradır, əraziyə girmək üçün nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır. Qəza zamanı təhlükə daha çox ola bilər. Səliqəsiz, yöndəmsiz bir formatdır. Tikililər arasında məsafə hər tikilinin hündürlüyünün ən azı ortalama üçdə biri qədər olduğu halda, bu qaydalara da məhəl qoyulmayıb. Bir sözlə təkcə bələdiyyə torpaq sənədi ilə " tikililər" geniş vüsət alıb”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fərdi yaşayış evlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün tikinti layihələndirilməsi zamanı müvafiq təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmalıdır:“Binalar arasında normativlərə uyğun ara məsafəsi saxlanılmalı, tikinti prosesində yalnız sertifikatlaşdırılmış materiallardan istifadə edilməlidir. Eyni zamanda elektrik təsərrüfatı düzgün quraşdırılmalı, naqillərin en kəsiyi və qoruyucu avadanlıqların gücü müvafiq normalara uyğun seçilməlidir. Bu işlər mütləq şəkildə ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Bundan başqa, yaşayış evlərinin qaz təsərrüfatı qüvvədə olan qaydalara uyğun qurulmalı, mümkün yanğın halları nəzərə alınaraq yanğınsöndürmə avtomobillərinin əraziyə maneəsiz daxil olması üçün şərait yaradılmalıdır”.
Nazirlik vətəndaşlara tövsiyə edir ki, yanğın hadisəsi baş verdikdə dərhal “112” qaynar xəttinə məlumat versinlər, bundan sonra isə əlaltı vasitələrdən istifadə etməklə yanğının yayılmasının qarşısını almağa çalışsınlar və özlərinin, eləcə də yaxınlarının təhlükəsiz şəkildə təxliyəsini təmin etsinlər.
Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh