Yağış yağanda Bakıda həyat niyə iflic olur? - Memar səbəbləri AÇIQLADI

Paytaxtda bir neçə gün əvvəl yağan intensiv və fasiləsiz yağışlar şəhər infrastrukturuna ciddi təsir göstərib. Yağıntılar nəticəsində təkcə köhnə yollar deyil, bir çox küçə, prospekt və magistrallarda da zədələnmələr baş verib.
Diqqət çəkən məqamlardan biri isə yeni inşa olunmuş yolların da bu vəziyyətdən kənarda qalmamasıdır. Məsələn, Masazır qəsəbəsində yaxın zamanda istifadəyə verilmiş yolun qısa müddətdə yararsız hala düşməsi bu problemin daha genişmiqyaslı olduğunu göstərir.
Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, güclü yağışlardan sonra asfalt örtüyündə çökmə halları gözləniləndir:

“Deyək ki, asfalt keyfiyyətli çəkilib, bu halda da belə problemlər qaçılmazdır. Bakı şəhərində 50–60 il əvvəl, təxminən 1 milyon əhalinin yükünə hesablanmış və Sovetlər Birliyi dövründə qurulmuş kanalizasiya sistemi artıq istismar müddətini başa vurub. Həmin dövrdə müasir texnologiyalar mövcud deyildi. Son 40–60 il ərzində isə şəhərin əhalisi 4 milyona çatıb. Bu da kanalizasiya sisteminə düşən yükün kəskin artmasına səbəb olub və suların normal ötürülməsində çətinliklər yaradıb. Nəticədə yeraltı suların ətrafa yayılması, torpağın yuyulması və boşluqların yaranması asfalt örtüyündə çökmələrə səbəb olur və bu hallar baş verir. Şəhərsalma və memarlıq sahəsində dövlət tərəfindən yanvar ayından etibarən başlanmış yenilənmə prosesinə əsasən, Bakının kanalizasiya sistemi yeni standartlara, müasir texnologiyalara və artmış yükgötürmə qabiliyyətinə uyğun şəkildə mərhələli olaraq dəyişdiriləcək. Bu proses tam başa çatana qədər belə problemlərin yaranması mümkündür. Burada iki əsas məqam var. Əgər həmin ərazidə su sızması yoxdursa və yeraltı sular keçmirsə, asfaltın çökməsi onun keyfiyyətsiz çəkildiyini göstərə bilər. Lakin əgər yeraltı sızmalar mövcuddursa və ərazi yağışlar zamanı su altında qalırsa, bu halda ən yüksək standartlara cavab verən asfalt belə, kanalizasiya sisteminin zəifliyi səbəbindən çökmə və çatlama ilə üzləşə bilər”.
Nurcan Babək
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










