Yeni tikilən binadan ev almaq istəyənlərə XƏBƏRDARLIQ

Tikinti şirkətinin təqdim etdiyi eskizlə Dövlət Reyestrinin verdiyi texniki pasportda mənzilin sahəsi çox zaman üst-üstə düşmür. Bu da haqlı narazılıq yaradır.
Bəs, belə hallar hansı səbəbdən ortaya çıxır?
Avtosfer.az-ın məlumatına görə, mövzunu Bizim.Media üçün şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, Dövlət Reyestrindən çıxarış verilən zaman yalnız ərazi kimi mənzilin daxili sahəsi qeyd olunur:
“Arakəsmə divarları və tikinti altı ərazilər nəzərə alınmır. Lakin tikinti şirkətləri müqavilə ilə mənzil satarkən arakəsmə divarları və tikinti altı sahə də ümumi mənzil sahəsi hesab edilir. Daha konkret desək şirkət mənzili sahəsini çöldən-çölə hesablayır. Nəticədə vətəndaş müqavilə ilə aldığı mənzilə çıxarış alarkən mənzil sahəsi daha az göstərilir. Bu hazırda vətəndaşların ən çox rastlaşdığı haldır. Belə vəziyyətdə ən çox itirən də vətəndaşdır”.
Kimdir günahkar?
Müsahibimiz hesab edir ki, problemin kökündə yanaşma fərqi dayanır:
“Şirkət ümumi sahəni, Reyestr Xidməti isə ancaq mənzilin daxili sahəsini hesablayır. Yaxşı olardı ki, bu məsələdə ortaq məxrəcə gəlinərdi. Burada eyvan məsələsi də önəmlidir. Şirkət eyvanı ümumi sahəyə daxil edir, Reyestr Xidməti isə eyvanın 1/3-ni mənzil sahəsi kimi qeydə alır. Ümumilikdə çıxarışda göstərilən ərazi şirkətin bildirdiyi ərazidən 10-15 faiz az olur. Belə vəziyyətdə vətəndaş narazı qalır. Məsələ bəzi hallarda məhkəmə predmetinə çevrilsə də, ən ədalətli variantı tapmaq çətin olur. Yaxşı olardı ki, vətəndaşlar mənzili müqavilə ilə yox, çıxarışla alsın. Nəzərə alaq ki, hazırda tikintisi davam edən binanın layihəsinə əsasən də Dövlət Reyestrindən çıxarış verilir”.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












