“Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - VİDEO

Abşeron rayonu Çingiz Mustafayev küçəsinin sakinləri iddia edirlər ki, yolda aparılan qazıntı işləri bir neçə gündür yarımçıq vəziyyətdə saxlanılıb və nəticədə isə yolda çökmələr və dərin çalalar yaranıb. Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yolun yararsız hala düşməsi səbəbindən 217 nömrəli marşrut avtobusu küçəyə daxil ola bilmir.
Qeyd ediblər ki, mövcud problem xüsusilə yaşlılar, məktəblilər və işə gedib-gələn şəxslər üçün ciddi çətinlik yaradıb. “Yol bərbad vəziyyətdədir. Bilmirik ki, dərdimizi kimə deyək. Avtobusun bura gəlməməsi sırf yolun vəziyyəti ilə bağlıdır. Hətta taksilər də məhəlləyə daxil ola bilmirlər”, – deyə sakinlərdən biri narazılığını ifadə edib. “Bir dəfə asfalt çəkirlər 5 gün sonra dağılır. Burada suyun günahı yoxdur, yolu çəkənin günahıdır. Yolu düzgün çəksələr su axıb gedər”, – deyə digər sakin əlavə edib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemdən məlumatlıdırlar.
Qurumun açıqlamasına görə, intensiv yağışlardan sonra yol örtüyünün yuyulması səbəbindən ərazidə bu cür vəziyyət yaranıb.
Daha ətraflı “Baku TV”nin süjetində:
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












