Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib? - Araşdırma BAŞLANILDI

Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi sığorta vəsaitlərinin mənimsənildiyi və işə götürülmə ilə bağlı qanun pozuntularına yol verildiyi iddia olunur. Avtosfer.az xəbər verir ki, Oxu.az-a daxil olan müraciətdə bu və digər məsələlərlə bağlı ciddi ittihamlar səsləndirilib. Müraciət müəllifi xəstəxanada icbari tibbi sığorta üzrə ayrılan vəsaitlərin mənimsənilməsi, işə qəbul zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması və idarəetmədə problemlərin yaşanması ilə bağlı ittihamlar irəli sürüb. Onun sözlərinə görə, xəstəxanadan digər tibb müəssisələrinə köçürülmə üçün 240-dan çox saxta göndəriş verilib. Müraciətdə bildirilir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və sözügedən göndərişlər üzrə bəzi faktlar müəyyən edilib. Lakin sonradan araşdırmanın nəticəsiz qaldığı və işin ört-basdır edildiyini iddia olunur. Şikayətdə həmçinin xəstəxanada işə qəbul prosesinin şəffaf olmadığı, bəzi şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada işə götürüldüyü bildirilir. Müraciət müəllifinin sözlərinə görə, hazırda xəstəxanada direktor vəzifəsi vakantdır və müəssisəyə rəhbərlik edən şəxs tərəfindən kadr siyasəti şəxsi maraqlar əsasında həyata keçirilir. Şikayətdə xəstəxananın ümumi fəaliyyətinin də qənaətbəxş olmadığı, son dövrlər vəziyyətin daha da pisləşdiyi qeyd olunur.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, 2023-2024-cü illərdə göndərişlərin verilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb, hazırda istintaq davam etdirilir:
"Əlavə olaraq, hər iki hal üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












