20 yaşlı haker “Uber”i çökdürdü, 100 min dollar aldı

Ötən ay “Uber” şirkəti 2016-cı ildə baş vermiş böyük kiberhücum nəticəsində 57 milyon istifadəçinin məlumatlarının oğurlanmasını etiraf etmişdi. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkət bu hadisə barəsində təfərrüatlar verməsə də, “Reuters” saytının jurnalistləri hadisə ilə bağlı bəzi məlumatları əldə etməyi bacarıblar. Məlumata görə, keçən il “Uber” kimliyi bilinməyən bir şəxsdən anonim ismarıc almışdı. Həmin ismarıcda kimliyi bilinməyən şəxs oğurlanmış məlumatlar qarşılığında pul tələb edirdi. Şirkət isə öz növbəsində həmin şəxsin kimliyinin müəyyən edilməsi və bu barədə məlumat verilməməsi şərti ilə 100 min dollar ödəməyə razılıq verib.
Nəticədə məlum olub ki, həmin haker Floridada yaşayan 20 yaşlı gənc imiş.
Oğurlanmış məlumatların həqiqətən də məhv olmasına əmin olmaq üçün “Uber” hakerin kompüterini detallı şəkildə incələyib.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












