"WhatsApp"dan istifadəçilərə yeni sürpriz

"WhatsApp" tətbiqinin "iOS" versiyasında mesaj göndərilməsi üçün yeni animasiyalar test edilməyə başlanılıb. Funksiya "TestFlight" vasitəsilə əlçatan olan "iOS" üçün "WhatsApp"ın son beta versiyasında ortaya çıxıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "9to5Mac" nəşri "WABetaInfo"nun (WBA) hesabatına istinadən məlumat yayıb.
WBA-nın məlumatına görə, platforma vaxtilə sistemdən çıxarılan mesaj animasiyalarını yenidən bərpa edir. Tərtibatçılar istifadəçilərə bu effekti tənzimləmələr bölməsi vasitəsilə deaktiv etmək imkanı da yaradıblar. Sözügedən funksiya üçün nəzərdə tutulan keçid "Çatlar" menyusunda emojilər, stikerlər və GIF faylları ilə bağlı animasiya seçimlərinin yaxınlığında yerləşdirilib.
Yeni versiyada mesajlar artıq ani şəkildə görünmür. İndi mesaj "qabarcığı" çatda sönmə və ölçüsünün bir qədər böyüməsi effekti ilə rəvan şəkildə peyda olur.
Hazırda bu yenilik yalnız "iOS" üçün "WhatsApp"ın beta sınaqlarında iştirak edən məhdud sayda istifadəçi üçün aktivdir. Qeyd edək ki, oxşar funksiya bir müddət əvvəl "Android" cihazları üçün təqdim olunan beta versiyada da müşahidə edilmişdi.
Yeni animasiyanın bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb. Lakin funksiyanın eyni vaxtda həm "iOS", həm də "Android" platformalarında sınaqdan keçirilməsi onun yaxın zamanda daha geniş auditoriyaya təqdim oluna biləcəyindən xəbər verir.
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO










